“Türk Hava Yolları”ndan Azərbaycandan olan sərnişinlər üçün yeni kampaniya
Dünyanın ən çox nöqtəsinə uçuşlar həyata keçirən “Türk Hava Yolları” Azərbaycandan olan sərnişinlər üçün “Wingo” kampaniyasına start verir. Kampaniya çərçivəsində Bakı, Gəncə və Naxçıvandan olmaqla, Türkiyənin İstanbul və Ankara şəhərlərinə endirimli qiymətlərlə səfər etmək imkanı yaranır.
“Türk Hava Yolları”ndan "Marja"ya daxil olmuş məlumata görə, kampaniya çərçivəsində Bakıdan İstanbul və Sabiha Gökçen hava limanlarına biletlərin qiyməti müvafiq olaraq, 179 və 169 avrodur. Bakı-Ankara istiqamətində uçuşun qiyməti isə 139 avrodur. Bu qiymətlər vergilər daxil gediş qayıdış qiymətləridir.
Gəncə və Naxçıvandan olan uçuşlar İstanbul hava limanınadır və hər iki şəhərdən baş tutan uçuşların qiyməti 129 avrodur.
Kampaniya çərçivəsində tətbiq olunan endirimli biletləri 13 yanvar – 27 yanvar tarixlərində əldə etmək olar. Səyahət tarixləri isə 20 yanvar 2020 – 14 may 2020-ci illəri əhatə edir. Təklif olunan qiymətlər gediş-qayıdış üçün nəzərdə tutulub və vergiləri əhatə edir. Bundan başqa bütün biletlərdə baqaj haqqı 30 kq-dır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
9 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 9 saat əvvəl
-
9 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
9 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
9 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
17 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb
























.jpg)
