Prezident qanunları imzaladı - ölkə üzrə 190 manat müəyyən edilib
Azərbaycan Prezidenti İlham Əliyev "2020-ci il üçün yaşayış minimumu haqqında" Qanunu və "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" Qanunu imzalayıb.
"2020-ci il üçün yaşayış minimumu haqqında" qanuna görə, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
"2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" Qanu ilə, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilib. Bu Qanun da 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Həmçinin Prezident İlham Əliyev "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Qanunu imzalayıb.
Qanuna görə, işsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 milyon 235 min 400 manat, xərcləri 128 milyon 235 min 400 manat məbləğində təsdiq edilir.
2020-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşacaqdır:
| Gəlirlərin mənbələri | Məbləğ (manatla) |
1. | İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi o cümlədən: | 111 869 600,00 |
1.1. | büdcədən maliyyələşən təşkilatlar üzrə | 17 834 800,0 |
1.2. | büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə | 17 834 800,0 |
1.3. | qeyri-büdcə sektoru üzrə | 76 200 000,00 |
2. | Sair gəlirlər | 30 000,00 |
3. | 2019-cu ilin sonuna İşsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti | 16 335 800,0 |
İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcəkdir:
| Xərclərin istiqamətləri | Məbləğ (manatla) |
1. | İşsizliyə görə sığorta ödənişləri | 5 000 000,00 |
2. | Peşə hazırlığı və əlavə təhsilin təşkili | 5 000 000,00 |
3. | Peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsi | 2 000 000,00 |
4. | Əmək yarmarkalarının, əmək birjalarının təşkili | 500 000,00 |
5. | Haqqı ödənilən ictimai işlərin təşkili | 2 000 000,00 |
6. | Özünüməşğulluq tədbirlərinin təşkili | 63 735 400,00 |
7. | Sığortaolunanların əməkhaqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi | 3 000 000,00 |
8. | Peşə standartlarının hazırlanması | 2 000 000,00 |
9. | Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun yerli orqanlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri | 43 000 000,00 |
10. | Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün əlavə iş yerlərinin və ixtisaslaşdırılmış müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi | 1 000 000,00 |
11. | Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri | 1 000 000,00 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
13 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
14 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı












.jpg)





.jpg)



