Azərbaycanın avtomobil sənayesi aylıq 192 ədəd həddini aşa bilmir
“Marja” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - oktyabr aylarında (10 ayda) Azərbaycanda 1880 ədəd minik avtomobili istehsal edilib (yığılıb). 2018-ci ilin yanvar - oktyabr ayları ilə müqayisədə minik avtomobili istehsalı 3,1 dəfə artıb.
ARDICIL 4 AYDIR HƏR AY 192 ƏDƏD AVTOMOBİL İSTEHSAL EDİLİR
2019-cu ilin Yanvar ayında 89 ədəd, Fevralında 87 ədəd, Martında 107 ədəd, Aprelində 153 ədəd, Mayında 490 ədəd, İyun ayında 186 ədəd, İyul ayında 192 ədəd, Avqust ayında 192 ədəd, Sentyabr ayında 192 ədəd, Oktyabr ayında da 192 ədəd minik avtomobili istehsal edilib.
01.11.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 367 ədəd təşkil edib. 01.10.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 325 ədəd təşkil etmişdi.
Xatırladaq ki, ötən il Azərbaycanda 969 ədəd minik avtomobili yığılmışdı.
2019-cu ildə Neftçaladakı “Khazar” avtomobil zavodunda 3000 avtomobil istehsalı nəzərdə tutulur. Bunu “Azərmaş” ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib.
Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri (NAZLifan) yığır.
Həmçinin, 2019-cu ilin yanvar- oktyabr dövründə ölkəmizdə 899 ədəd traktor istehsal edilib. 2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə traktor istehsalı 26,3% azalıb.
01.11.2019-cu il vəziyyətinə hazır məhsul ehtiyatı 340 ədəd traktor təşkil edib.
Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
18 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
27 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib




.jpg)








.jpg)







