"Rusiya bazarına ixracda müəyyən gömrük problemlərimiz var"
Azərbaycan İqtisadiyyat Nazirliyi Rusiya Federal Gömrük Xidmətinə məktub ünvanlayıb.
Bunu Azərbaycan Nar İstehsalçılar və İxracatçılar Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
Onun sözlərinə görə, Rusiya bazarına ixracda müəyyən gömrük problemlərimiz var: "Azərbaycan tərəfindən Rusiya sərhədlərinə ixrac edilən nar meyvəsinin əlavə dəyər vergisindən artıq məbləğ yazılır. Həmin problemləri İqtisadiyyat Nazirliyi qarşısında qaldırmışıq, o da artıq Rusiya Federal Gömrük Xidmətinə məktub ünvanlayıb".
O əlavə edib ki, Rusiya Azərbaycan İşgüzar Şurasına da bununla bağlı müraciət edilib: "Məsələ həll edildiyi halda Rusiya tərəfindən Azərbaycan narına əlavə dəyər vergisinin tətbiqində müəyyən güzəşt yaranacaq. Bu isə fermerlərimizin Rusiya bazarında rəqabətliliyini daha da gücləndirəcək".
Xatırladaq ki, Azərbaycan ötən il 9,3 min ton nar ixrac edib, bundan da 12,3 mln ABŞ dolları həcmində gəlir əldə edilib. 2018-ci ildə ölkədə 155 min ton nar istehsal edilibsə, bu il 10-12%-lik artım gözlənilir. İstehsalda artım isə, öz növbəsində, ixraca təsir edəcək.
Qeyd edək ki, Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası 31 oktyabr 2016-cı il tarixində yaradılıb. Quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər "Şəlli mələsi", "Şahnar", "Çəhrayı gülöyşə", "Azərbaycan gülöyşəsi", "Qırmızıqabıq", "Bala Mürsəl", "Nazikqabıq" və "Qırmızı vələs"dir.
© "Report"
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
53 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Ən çox oxunanlar
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























