"Artıq “Startapın müəyyən olunması meyarları”nın layihəsi hazırlanıb"
İnnovativ layihələrin, bu sahədə startapların və KOB-ların dəstəklənməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mühüm fəaliyyət istiqamətlərindəndir.
KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, Agentliyin Nizamnaməsində startapların qeydiyyatına və onların innovativ ideyalarının patentləşdirilməsinə, startapların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, innovativ sahibkarlığı təşviq etmək üçün startapların ali təhsil və elmi tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlarla qarşılıqlı fəaliyyətinin əlaqələndirilməsinə müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulur:
"KOBİA startap şəhadətnaməsini verən səlahiyyətli qurum olaraq müəyyən edilib. Artıq “Startapın müəyyən olunması meyarları”nın layihəsi hazırlanıb və hazırda aidiyyəti qurumlar tərəfindən baxılmaqdadır. Meyarlarda “startap” şəhadətnaməsi əldə etmək üçün müraciət edən fiziki və hüquqi şəxslərə və onların innovativ məhsuluna dair tələblər müəyyən edilib. Sözügedən meyarlar təsdiq olunduqdan sonra “startap” şəhadətnamələrinin verilməsinə başlanılacaq. “Startap” şəhadətnaməsini almış mikro və ya kiçik sahibkarlıq subyektləri Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərindən yararlanmaq imkanını əldə edəcəklər".
Orxan Məmmədov əlavə edib ki, Agentliyin srtukturuna daxil olan və hazırda yaradılmaqda olan KOB İnkişaf Fondları ölkəmizdə KOB-ların maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, intellektual biznesin inkişafına təkan vermək məqsədilə yaradılır. Bu fondlar eyni zamanda sahibkarların alternativ maliyyə mənbələrindən faydalanmaları istiqamətində fəaliyyət göstərəcək.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)





