“Qara Bazar” Facebook-da
Facebook-da “Exchange Azerbaijan” qrupu yaradılıb.
“Marja”nın məlumatına görə, qrup valyutaların mübadiləsi üçün yaradılıb.
Qrupda məlumat verilir ki, bu qrup tez bir zamanda lazım olan valyutanı, banka ehtiyac duymadan, bank axtarmadan və ya bankda sıra gözləmədən rahat bir şəkildə satıcını taparaq mübadilə etmək üçün yaradılıb. Qısası Dollar almaq istəyən dollar satanı, manat almaq istəyən manat satanı bu qrupdan tapa bilər.
"Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq valyuta mübadiləsi əməliyyatları yalnız banklar və onların filial və şöbələri tərəfindən həyata keçirilə bilər.
Rafiq Şahverdiyev bildirir ki, bu qrup valyuta tənzimlənməsi sahəsində mövcud qanunvericiliyin tələblərini pozaraq, gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün insanları təşviq edir.
“Mən heç bir kəsə, xüsusən dost siyahımdan olan 100-ə yaxın şəxsə bu qanunsuz fəaliyyətlə məşğul olmamağı tövsiyyə edirəm. Bu növ fəaliyyətlə məşğul olan onlarla şəxs yaxın zamanlarda cinayət Məcəlləsinin 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddəsi ilə təqsirləndirilibdir”.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 22 d. əvvəl
-
27 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti














.jpg)








