Azercell Bakının mərkəzində Azərbaycanda ilk 5G şəbəkəsini işə salır!
Ölkədə və regionda ilk dəfə olaraq şəhər həyatının ən izdihamlı və qaynar yaşandığı Fəvvarələr Meydanı 5G şəbəkəsi ilə əhatə olunacaq!
Azercell özünün daimi tərəfdaşı - Ericsson ilə birlikdə Fəvvarələr Meydanındakı Müştəri Xidmətləri Mərkəzində (Tağıyev küçəsi, 26A) mətbuat nümayəndələri və bütün ziyarətçilərə mobil telefonda 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaq imkanı yaratdı. Sınaq zamanı 1GB/san-dən daha artıq yükləmə sürəti qeydə alındı.
5G şəbəkəsinin demo istifadəsi çərçivəsində Azercell dekabr ayının əvvəlində Fəvvarələr Meydanında azsaylı dünya operatorları arasında genişmiqyaslı pilot ərazini əhatə etmiş öncül şirkətlərdən biri olacaq!
Dekabr ayından etibarən Azercell, abunəçilərinə 5G şəbəkəsini şəxsən sınaq rejimində təcrübədən keçirmək üçün 5G dəstəkləyən telefonlar təqdim edəcək və şirkətin Müştəri Xidmətləri Mərkəzində bu növ telefonların satışı aparılacaq. Beşinci nəsil telefonları olan və yeni telefonlar sifariş edən müştərilər Azercell-dən 5G sim kartlarını ödənişsiz əldə edəcəklər.
5G - müasir genişzolaqlı mobil rabitə xidmətlərini artırmaqla yanaşı, yüksək məhsuldarlıq, effektivlik və sərfəli qiymətlə yeni sənaye sahələrini birləşdirəcək, eləcə də müxtəlif çeşidli xidmətləri və cihazları dəstəkləyən mobil şəbəkələri genişləndirəcək bir innovativ platformadır. 5G, pərakəndə satışdan tutmuş təhsilə, nəqliyyatdan əyləncəyə qədər və onlarla bağlı xidmətlər ilə geniş bir sahəni dəyişdirəcəkdir.
Beşinci nəsil simsiz texnologiya ildırım sürəti, inanılmaz dərəcədə az ləngimə və eyni vaxtda çox sayda qoşulma qabiliyyəti vəd edir. Yüksək sürət, minimal gecikmə və daha böyük tutum qabiliyyəti, ultra yüksək keyfiyyətli video, virtual reallıq və digər qabaqcıl tətbiqlərin istifadəsinə geniş imkan yarada biləcək. Bundan əlavə, 5G-nin işə salınması minimal enerji sərfiyyatı ilə Əşyaların İnterneti (İnternet of Things- IoT) potensialını bir anda daha çox qoşulma ilə (1 kvadrat kilometrə 1 milyonadək) artıracaqdır.
Pilot mərhələsində 5G xidməti Azercell tərəfindən ödənişsiz təqdim olunacaq və xidmətin ölkə boyu kommersiya istifadəsinə veriləcəyi ana qədər müxtəlif innovativ texnoloji həllər ilə əlaqəli kompleks sınaq işlərinin aparılması davam etdiriləcəkdir. 5G şəbəkəsinin operator tərəfindən ən birinci və ən tez sınaqdan keçirilməsi, eləcə də texniki yenilənməsi Azercell-i dünyanın qabaqcıl mobil rabitə təminatçıları ilə bir sırada qərarlaşdırır. Həmçinin Azercell-in Azərbaycanda hər bir istifadəçiyə beşinci nəsil şəbəkəsinin üstünlüklərini göstərmək və yaxın etmək iqtidarında olduğunu sübut edir.
Azərbaycanı yeni bağlantı erasına hazırlayan Azercell Telekom özünün LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə əhali əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail oldu. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alındı. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 30 d. əvvəl
- 33 d. əvvəl
- 35 d. əvvəl
-
6 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
7 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)











.jpg)






