"PAŞA Həyat" Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı
(®) Oktyabrın 10-da XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, layihənin təşkilatçıları və tərəfdaş qurumların nümayəndələri iştirak ediblər.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan üçün öyrət” təhsil proqramı üzrə artıq dördüncü dəfə həyata keçirilən və Nəsimi ilinə həsr olunan yay məktəbinin şagirdlərin şəxsi inkişafına, dünyagörüşünə müsbət təsir etdiyini qeyd edib. Nazir müavini bu istiqamətdə tərəfdaş qurumların verdiyi dəstəyin rolunun yüksək olduğunu vurğulayıb.
Məlumat üçün bildirək ki, iyulun 23-dən start verilən layihə çərçivəsində Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə səyahət edilib və 5 bölgənin 47 kənd, qəsəbə və şəhər məktəbindən ümumilikdə 200-ə yaxın şagird layihəyə cəlb edilib. Yay Məktəbi çərçivəsində bu bölgələrdəki kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri keçirilib və şagirdlər intellektual yarışlarda iştirak ediblər.
"PAŞA Həyat" şirkəti layihəyə dəstək verdiyi üçün Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.
Gələcəkdə də "PAŞA Həyat" bu tip sosial məsuliyyətli layihələrə dəstək verməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
7 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)


.jpg)




