“Payım” kolbasa və sosiskalarının “HALAL” sertifikatı ləgv edilib - YENİLƏNİB
“AzeSERT HALAL” “Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanı halal qida istifadəçilərinin nəzərinə çatdırır ki, “Payım” kolbasa və sosiskaları “Halal” deyil.
“Payım” kolbasa və sosiskalarının istehsalçısı “Al-Sana” MMC tərəfindən AZS 731-1-2015 saylı HALAL QİDA Dövlət Standartının 5.2., 5.3.b), 5.9. və 5.11. maddələrinin kobud şəkildə pozulduğu aşkar edilib.
“AzeSERT HALAL” “Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanından “Marja”ya bildirilib ki, şirkətin istehsal etdiyi “Payım” Əmtəə Nişanlı kolbasa və sosiskaların HALAL QİDA Standartına uyğun olmadığı üçün həmin məhsullara verilmiş AZ031.14.01.07848.17, AZ031.14.01.07849.17, AZ031.14.01.078450.17, AZ031.14.01.07851.17 saylı, 28 dekabr 2017-ci il tarixli “Uyğunluq Sertifikat”-ları ləğv edilmişdir.
“HALAL” Əmtəə Nişanından “Al-Sana” MMC tərəfindən istehsal olunan “Payım” Əmtəə Nişanlı kolbasa və sosiskaların üzərində və digər reklam xarakterli məlumatlarda istifadəsi qadağan edilmişdir.
Məlumat üçün bildirək ki, HALAL QİDA Dövlət Standartının 5.2., 5.3.b), 5.9. və 5.11. maddələri müvafiq olaraq kəsim qaydaları, qoruyucu qida əlavələri, qida gücləndiriciləri və qida qatqı maddələri üzrə tələbləri müəyyən edir.
“AL-SANA” MMC-DƏN AÇIQLAMA
“Al-Sana” MMC-nin hüquqşunası Kamran Əfəndiyev məsələ ilə bağlı “Marja”ya bildirdi ki, “Al-Sana” MMC 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə “AzeSERT HALAL” MMC-nin uyğunluq sertifikatlarının qüvvədə olma müddətlərinin dayandırılması barədə 26 Avqust 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün ərizə ilə müraciət edib: “Əizəmiz əsaslı olduğundan Məhkəmənin 19 Sentyabr 2019-cu il tarixli qərardadı ilə təmin edilib. Yəni, 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərardadı ilə “AzeSERT HALAL” MMC-nin “Uyğunluq Sertifikat”-larının qüvvədə olma müddətlərinin dayandırılması barədə 26 Avqust 2019-cu il tarixli qərarının icrasının dayandırılması barədə qərardad qəbul edib. Proses yekunlaşanadək sertifikatlar qüvvədədir. Məndə olan məlumata görə, qarşı tərəf məhkəməyə şikayət verməyib”.
“GUYA ALDIĞIMIZ QİDA ƏLAVƏLƏRİ VƏ ƏDVİYYATLAR “HALAL” DEYİL”
Kamran Əfəndiyev bildirdi ki, “Al-Sana” MMC bu ilin Dekabr ayından sertifikatlaşdırma orqanı olan “AzeSERT HALAL” MMC ilə əməkdaşlığı dayandırmağa qərar verib. Bu qərardan sonra “AzeSERT HALAL”ın şirkətə qarşı münasibəti pisləşib, ilk öncə akt tərtib edilib, sonra qərar qəbul edilib:
““Uyğunluq Sertifikat”-larının ləğv edilməsinə əsas olaraq qida əlavələrini və ədviyyatları aldığımız şirkətlərin “Halal” sertifikatlarının olmaması göstərilib. “AzeSERT HALAL” bizdən tələb edir ki, aktda adları göstərilən şirkətlər ilə işləməyək. Əslində bu şirkətlərin çoxu “Halal” sertifikatlara sahibdirlər və biz məhkəmədə də təqdim etmişdik. Bir sıra qida əlavələri və ədviyyat istehsalçılarının isə “Halal” sertifikatı almasına ehtiyac yoxdur və ya onların sertifikatlaşdırılması üçün da standard və mexanizm də mövcud deyil. “AzeSERT HALAL” 2017-ci ilin Dekabr ayında sertifikatları bizə təqdim edən zaman da bu faktları bilirdi. Nə üçün həmin vaxt qida əlavələri və ədviyyat təchizatçılarının “Halal” sertifikatları tələb edilmədi və bizə “Halal” sertifikatı verildi?!. “Al-Sana” MMC Dekabr ayında müddəti başa çatan sertifikatların yenilənməsini “AzeSERT HALAL” MMC vasitəsilə həyata keçirmək istəmir, ehtimal ki, onlar müştərini itirməmək üçün bizə bu cür təzyiqlər edirlər. Həmçinin “AzeSERT HALAL” bizim təchizatçıların onlardan sertifikat almaları məqsədini güdür. Bizim vasitəmizlə onlara da təzyiq edilir, belə ki, “Biz təchizatçılardan sertifikat tələb edək, onlar da mallarını satmaq üçün məcbur olaraq “AzeSERT HALAL” sertifikat əldə etsinlər”. Biz Dekabr ayında sertifikatları “Azsert Halal”də yeniləməyəcəyik, beynəlxalq “halal” sertifikatı almağı nəzərdə tuturuq”.
“ƏT VƏ DİGƏR XAMMALLAR “HALAL” OLMAYAN QAYNAQLARDAN ALINIR”
“AzeSERT HALAL” MMC-nin direktoru Elşad Əliyev “Marja”ya açıqlamasında bildirdi ki, qaydalara uyğun olaraq “Al-Sana” MMC-də dövrü inspeksiya nəzarəti tədbiri aparılıb:
“İnspeksiya nəzarəti tədbiri zamanı auditorlarımız “Al-Sana” MMC-nin təchizatçılarını dəyişdiyini aşkar etdilər. Belə ki, ət, qida əlavələri, ədviyyatlar və qablaşdırma materialları halal qaynaqlardan alınmalı olduğu halda, müxtəlif fiziki şəxslərdən əldə edilir. Məsələn, həm mal, həm də toyuq əti rayonlardakı ayrı ayrı fiziki şəxslərdən alınır. Həmin fiziki şəxslər halal qaynaqlar hesab edilmir. 2017-ci ildə tərəfimizdən sertifikat təqdim edilən zaman “Al-Sana” MMC xammal və materialları halal qaynaq kimi qəbul edilən müəssisələrdən alırdı. Bu il dövri inspeksiya nəzarətilə təchizatçıların dəyişdirildiyini aşkar etmişik. Standartın tələbləri pozulduğundan ilk öncə 26 Avqust 2019-cu il tarixli qərarmız ilə “Halal” sertifikatların qüvvəsi dayandırılıb. Həmçinin tərəfimizdən nöqsanların aradan qaldırılması üçün “Al-Sana” MMC-yə yazılı göstəriş verilmişdir. “Al-Sana” MMC yazılı göstəriş və tövsiyyələrimizə məhəl qoymadığından 27 Sentyabr 2019-cu il tarixində “Uyğunluq Sertifikat”larının ləğv edilməsi və “HALAL” Əmtəə Nişanından istifadənin qadağası barədə qərar qəbul etmişik. Nazirlər Kabinetinin qaydalarına uyğun olaraq bu barədə ictimaiyyəti məlumatlandırırıq”.
Elşad Əliyev Əlavə etdi ki, 2 Saylı Bakı İnzibati-İqtisad məhkəməsi 26 Avqust 2019-cu il tarixli sertifikatların qüvvəsinin dayandırılması barədə qərarımızın icrasının dayandırılması barədə qərardad çıxarıb: “Uyğunluq Sertifikat”-larının ləğv edilməsi və “HALAL” Əmtəə Nişanından istifadənin qadağan edilməsi barədə qərarımız barədə “Al-Sana” MMC tərəfindən məhkəməyə şikayət olunmayıb”.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 12 d. əvvəl
-
56 d. əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
-
2 saat əvvəl
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
-
2 saat əvvəl
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
-
3 saat əvvəl
“Maliyyə passivliyinə qarşı “peyvənd”: Səhm, IPO və investor təfəkkürü” - MÜSAHİBƏ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
Ən çox oxunanlar
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı
Natura meyvə şirələri daha bir sosial layihənin təşkilatçısı oldu
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 23 GÜN
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb







.jpg)













