Kapital Bank-ın əməkdaşları 123 yaşlı müştərini ziyarət edib
(®) Hər il olduğu kimi Kapital Bank 1 oktyabr – Beynəlxalq Ahıllar Günü ərəfəsində maraqlı sosial aksiyalar həyata keçirir. Bu il ahıl insanlar üçün hazırlanan tədbirlə yanaşı, həmçinin Kapital Bank-ın əməkdaşları bankın ən yaşlı müştərisinə baş çəkib, onu qarşıdan gələn bayram münasibətilə təbrik edib.
Sona Səmədova – Kapital Bank-ın Neftçala filialının müştərisidir. O, 1896-cı ildə indiki Neftçala rayonunun Beşdəli kəndində anadan olub. Sona nənənin hazırda 123 yaşı var və onun 4 övladı, 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi var. Təqaüdünü Kapital Bank vasitəsilə alır və ailəsinin bir neçə üzvü də bankın müştərisidir.
Sona nənənin yaşı çox olsa da, olduqca gümrah görünür. Ailə üzvlərinin dediyinə görə o, həmişə Neftçalada qalıb və buranın mülayim və təmiz təbiəti onun belə gümrah olmasına müsbət təsir edir.
“Bildiyiniz kimi Neftçala rayonu Kür çayı ilə Xəzər dənizinin qovuşduğu yerdə yerləşir və təmiz havası var. Əhali əsasən balıq məhsulları yeyir. Burada yaşayanlar üçün 90-100 yaşa çatmaq adi haldır. Amma hələlik rekord yaş həddi Sona nənədədir”, - deyə, 123 yaşlı müştərinin yaxınları bildirdi.
Kapital Bank adından Sona Səmədovanın simasında bütün yaşlı insanları qarşıdan gələn Ahıllar Günü münasibətilə təbrik edirik və möhkəm can sağlığı arzulayırıq.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 100 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


