"Bakıya da gül göndəririk"
Babək rayonunun Zeynəddin kəndində yerləşən gülçülük təsərrüfatı böyüyür.
Təsərrüfat Əsəd Abbasov və ailəsi tərəfindən yaradılıb. Təsərrüfatda soyuducu anbar da inşa olunub, qablaşdırılmış güllər orada saxlanılır, sonra isə satış ünvanlarına göndərilir.
Əsəd Abbasov bildirib: "18 ildir, gül satışı ilə məşğuluq. Əvvəllər digər ölkə və şəhərlərdən gül gətirib Naxçıvan şəhərində özümüzə məxsus “Al çiçəyim” mağazasında satmışıq. Naxçıvanda sahibkarlıq mühitinin inkişafına yaradılan geniş şəraitdən istifadə edib, gülə olan tələbatı ödəmək üçün 2014-cü ilin aprel ayında gülçülük təsərrüfatı yaratdıq. Hazırda 6 min 500 kvadratmetr olan sahədə 12 istixanaya 9 növdə gül şitili əkilib. Bu güllər gözəlliyi ilə yanaşı, məhsuldarlığına görə də seçilirlər. Bir ailənin birgə əməyi sayəsində ərsəyə gələn təsərrüfatda 7-8 nəfər ailə üzvü həvəslə çalışır".
Ailə təsərrüfatının üzvü Vətən Abbasov deyir ki, müdrik atalarımızın qızıldan qiymətli sözü var: “Güc birlikdədir”. Biz bu birliyin gücünü, əzmini ailə təsərrüfatını yaradandan sonra bir daha gördük. İstixanalarda çalışanların hamısı bol və keyfiyyətli məhsul yetişdirilməsi üçün öz məsuliyyətini dərindən dərk edir. Yaxşı çalışmaq yaxşı qazanmaq, ölkəmizin iqtisadiyyatına töhfə vermək və firavan yaşamaq deməkdir".
Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitində gül becərib ərsəyə gətirmək xüsusi təcrübə tələb edir. Güllərin damcı üsulu ilə suvarılmasının təşkili, temperaturun normada olmasının xüsusi aparatlar vasitəsilə tənzimlənməsi, torpağa edilən qulluq, xəstəliklərə qarşı tədbirlərin diqqətlə aparılması ailə təsərrüfatına məhsul bolluğu bəxş edir. Gül şitillərini qardaş Türkiyədən gətirdiklərini deyən Əsəd Abbasov onu da bildirdi ki, həmin gül şitillərinə görə muxtar respublikanın gömrük-keçid məntəqələrində heç bir rüsum ödəmirlər. Bu da ailə təsərrüfatlarının fəaliyyətlərinə göstərilən qayğının daha bir nümunəsidir.
"Naxçıvan bazarına gül çıxarmaqla yanaşı, Bakıya da gül göndəririk. Daha geniş bazarlara çıxmağı qarşımıza məqsəd qoymuşuq".
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
© "Şərq qapısı"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)




