Apple və AB arasında 13 milyard avroluq vergi borcu məhkəməsi başladı
13 milyard avrodan çox vergi borcu çıxaran Avropa Birliyi Komissiyasının qərarı barədə Apple-ın şikayəti ilə ilk məhkəmə prosesi keçirilib
Dünyanın ən dəyərli şirkətlərindən, mərkəzi ABŞ-da olan Apple-ın, İrlandiyadakı fəaliyyətinə görə geriyə doğru 13 milyard avrodan çox vergi borcu çıxaran Avropa Birliyi (AB) Komissiyasının qərarına qarşı açdığı məhkəmədə ilk məhkəmə prosesi keçirilib.
"Marja" xəbər verir ki, AB Komissiyasının geriyə doğru çıxardığı vergi borcuna dair Apple-ın başladığı hüquqi mübarizə, AB-nin sülh hüquq məhkəməsi kimi fəaliyyət göstərən Lüksemburqdakı Ümumi Məhkəmədə keçirilən ilk iclasla başlayıb.
5 hakimin yer aldığı məhkəmədəki ilk sessiya 2 gün ərzində davam edəcək. Sözügedən iddianın nəticələnməsinin isə bir neçə ay davam etməsi gözlənilir.
İstintaq 3 ildə başa çatdırmışdı
AB Komissiyası, Apple-ın İrlandiyada qurduğu şirkətlərin vergiyə cəlb edilməsinə dair araşdırması 3 il davam etmiş və 2016-cı ilin Avqust ayında tamamlamışdı.
AB Komissiyası, Apple-ın, İrlandiyada istifadə etdiyi vergi mexanizminin qeyri-qanuni olduğuna hökm etmiş, 2003-dən 2014-ə qədərki dövr üçün 13 milyard avro və faizinin alınmasına qərar vermişdi. İrlandiya rəhbərliyi və Apple şirkəti isə Komissiyanın qərarına qarşı hüquqi proses başlatmışdılar.
Sektorlarda rəqabətə zidd bir vəziyyət olub olmadığı nəzarət səlahiyyəti olan AB Komissiyası, Apple araşdırmasında şirkətin İrlandiyada istifadə etdiyi vergi mexanizmlərinin AB qaydalarına zidd olduğuna qərar vermişdi.
Apple AB-ni birtərəfli hərəkət etməkdə və keçmişə doğru İrlandiyadakı vergi qaydalarını dəyişdirməklə ittiham etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
- 9 d. əvvəl
-
12 d. əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
- 16 d. əvvəl
- 23 d. əvvəl
-
37 d. əvvəl
Cəbrayıl və Füzuli rayonlarında yanğın - sərhəd boyunca genişlənməyə davam edir
-
13 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
- 13 saat əvvəl
-
14 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
14 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Ən çox oxunanlar
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞƏ BİLƏR
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























