"Neftin qiyməti 40 dollardan aşağı asanlıqla düşə bilər, bu təhlükəyə hazır deyilik"
Rusiyanın ən böyük bankı "Sberbank"ın İcraçı Direktoru German Gref, Rusiya iqtisadiyyatında yeni bir "neft şoku" baş verəcəyini bildirərək, "Neft qiymətləri 40 dollardan aşağı asanlıqla düşə və bu təhlükələrə qarşı hazır deyilik",- deyib.
"Marja" xəbər verir ki, Gref, paytaxt Moskvada keçirilən Moskva Maliyyə Forumunda çıxışında, Rusiya iqtisadiyyatını gözləyən risklərə toxunub.
Rusiyanın iqtisadi risklərə qarşı hazırlıqlarını, Fransanın 2-ci Dünya Müharibəsində Almaniyaya qarşı hazırlıqlarına bənzədən Gref, "Maginot Xəttini xatırlayın. Fransızlar Almanlara qarşı nəhəng bir müdafiə xətti inşa etdiklərinə əmin idi. Ancaq texnologiyanın inkişaf etdiyini unutdular və böyük məhv yaşadılar",- deyib.
Rusiya iqtisadiyyatında da analoji halın baş verdiyinə işarə edən Gref, "Əgər dünənin böhranına hazırlaşsaq, sabahı qaçırırıq. Hər böhranın ardından əslində keçmiş böhranlara hazırlaşırıq, lakin yeni risklərə hazırlaşmağımız lazımdır",- deyib.
Yaxın perspektivdə bir "neft şoku" yaşana biləcəyi xəbərdarlığını edən Gref, "Dünyada neft istehlakı azalır və neft hasilatı nəzarətsiz bir şəkildə arta bilir. Neft qiymətləri 40 dollardan aşağı asanlıqla düşə bilər və bu təhlükələrə qarşı hazır deyilik", -şəklində danışıb.
Rusiyanın mövcud büdcə qaydalarına görə, 41,6 dolların üzərində əldə edilən neft satış gəlirləri ölkənin Milli Rifah Fonduna köçürülür və xərclənmir.
Rusiya Mərkəzi Bankı tərəfindən keçən həftə verilən açıqlamada, 2019-cu il üçün neft qiyməti proqnozunun 65 dolardan 63 dollara endirildiyi qeyd edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib


























