Şərab zavodu özəlləşdirilib
30 Avqust 2019-cu il tarixində Vergilər Nazirliyi tərəfindən "Cəlilabad Şərab - 9" ASC dövlət qeydiyyatına alınıb.
"Marja" xəbər verir ki, açıq səhmdar cəmiyyətinin hüquqi ünvanı Cəlilabad rayonu, Günəşli kəndidir.
"Cəlilabad Şərab - 9" ASC-nin nizamnamə kapitalı 375 min 214.4 manatdır. Şirkətin qanuni təmsilçi Talıbov Vaqif Murtuz oğludur.
Bu ilin Yanvarında Əmlak Məsələləri Dövlət Komitəsi “Cəlilabad-Şərab-9” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 99,72%-nin satışı üzrə investisiya müsabiqəsi elan etmişdi. İddiaçılar qarşısında qoyulan şərt və tələblərə görə, müəssisənin fəaliyyətinin bərpası və digər istehsal (emal) sahəsinin yaradılması üzrə ümumi həcmi 400 000 manatdan az olmayan İnvestisiya Proqramı təqdim edilməli idi. Komitə İnvestisiya müsabiqəsinin yekunu barədə məlumat açıqlamayıb.
"Cəlilabad Şərab - 9" ASC-nin yenidən dövlət qeydiyyatına alınması və onun qanuni təmsilçisininTalıbov Vaqif Murtuz oğlu olması zavodun özəlləşdirildiyinə işarədir.
“Cəlilabad-Şərab-9” “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində idi. 1981-ci ildə istifadəyə verilmiş "Cəlilabad Şərab - 9" üzüm emalı və şərab istehsalı ilə məşğul olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 11 d. əvvəl
-
- 16 d. əvvəl
-
34 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 37 d. əvvəl
- 42 d. əvvəl
- 47 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb






.jpg)
.jpg)










.jpg)





