"AMB-nin təşviq proqramına başlayacağı ehtimalı 50%-dir"
Almaniyanın investisiya şirkəti "Berenberg"in Baş iqtisadçısı Holger Schmieding bu həftə Avropa Mərkəzi Bankının faizi 20 bənd aşağı salacağını gözlədiklərini və Bankın yenidən qiymətli kağız alışına başlamasına isə 50% ehtimal verdiklərini bildirib.
"Marja" xəbər verir ki, Schmieding "Bank pul siyasətinin daha uzun müddət dəstəkləyivi qalacağını da söyləyəcək",- deyib.
Pul siyasətinin hazırda çox yumuşaq vəziyyətdə olduğunu, bu səbəbdən daha çox zəifləmənin Avropa iqtisadiyyatlarına çox müsbət təsir etməyəcəyini bildirən Schmieding, "əhalinin xərcləməyə və ya şirkətlərin sərmayə qoymağa başlaması faizlərə deyil, Trampın ticarət müharibələrinə bağlıdır",- deyib. Schmieding pul siyasətinin ticarət müharibəsinin verdiyi zərərin yalnız kiçik bir qismini kompensasiya edəcəyini qeyd edib.
Schmieding yenidən qiymətli kağız alışı proqramı başlayarsa Avroda zəifləmə, sonra tarazlanma olacağını da nəzərdə tutub.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Xəbər verdiyimiz kimi, ticarət müharibələrinə görə iqtisadi inkişafda zəiflik, inflyasiyanın hədəfə çatmaması kimi səbəblər ilə əlaqəda olaraq Avropa Mərkəzi Bankının (AMB) 12 Sentyabrdakı iclasında faiz endiriminə getməsi və yeni bir monetar genişlənmə proqramı (Quantitative easing - kəmiyyət yumuşaldılması) açıqlaması gözlənilir.
Ümumi gözlənti mənfi 0.4% olan depozit faizində 10 bənd endirim olacağı istiqamətindədir. İqtisadçılar Dekabr ayı toplantısında da eyni dərəcədə endirim gözləyirlər. Oktyabr ayında vəzifə müddəti başa çatacaq sədr Mario Draghi İyulda verdiyi açıqlamasında mənzərənin getdikcə pisləşdiyini qeyd etmişdi.
"Unicredit"in baş iqtisadçısı Daniel Vernazza da Avropa Mərkəzi Bankının bu həftəki iclasında faiz azaldacağını və yeni bir pullu genişlənmə proqramı açıqlayacağını bildirib.
Vernazza, "Bir təşviq planı açıqlanacağını və faizin də 10 bənd aşağı salınacağını gözləyirik. Daha böyük bir endirim də ola bilər. İnflyasiya 2%-lik hədəflərinə qayıdana qədər dəsrəkləyici olmağa davam edəcəklər",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 29 d. əvvəl
-
- 32 d. əvvəl
- 36 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Bakı metrosunda diferensial tarif modellərinin tətbiqi və subsidiya asılılığının azaldılması planlaşdırılır
Rəsmi məzənnələr açıqlandı
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Ən çox oxunanlar
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR



























