"Qızılın unsiyasının qiyməti 2000 dollar səviyyəsini aşa bilər"
Qlobal investisiya bankı "Citigroup" qızılın unsiyasının qiymətinin 2000 dollar səviyyəsini aşacağını nəzərdə tutur.
ABŞ-ın qlobal investisiya bankı və maliyyə xidmətləri korporasiyası "Citigroup Inc" hazırladığı hesabatında, qızılın uzun müddət qiymətinin qalxacağını, yaxın bir və ya iki il ərzində çox güman ki, unsiyasının 2000 dollar səviyyəsini aşacağını qeyd edib.
"Marja" xəbər verir ki, hesabatda "Daha uzun bir müddət üçün daha aşağı nominal və real faizlər, ABŞ-Çin ticarət müharibəsilə də artan qlobal durğunluq riskləri və dərinləşən geosiyasi münaqişələr qızılın qiymətini dəstəkləyir" - deyilir.
Hesabatda qeyd edilib ki, qızılın qiyməti mərkəzi bankların və investorların alışları ilə yüksəlir.
"Citigroup", qızılın unsiyasının qiymətinin 2021/22 dövründə 1800-2000 dollara doğru yüksələcəyini gözləyir.
Bank bu ayın əvvəlində 0-3 ay və 6-12 aylıq qiymət hədəflərini unsiya başına 1575 dollar və 1700 dollara dəyişdirmişdi.
"Citigroup", "ABŞ-da istehlakçı xərcləri və iqtisadi artım hələlik davam edir, ancaq gəlir əyrisinin tərsinə dönməsindən və əsas statistik göstəricilərdə Böyük Böhrandan bu yana ən sürətli zəifləmələrə görə narahatıq",- bildirib.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Bakı vaxtı ilə saat 09:30-da qızılın unsiyasının qiyməti 1490 dollar səviyyələrində olub. Qiymətli metal bu il 16 faiz dəyər qazanıb. Qızılın unsiyasının qiyməti 2011-ci ildə 1921.17 dollar ilə tarixinin ən yüksək səviyyəsini görüb.
Avqust ayında qızılın qiyməti Çin - ABŞ ticarət gərginliyinin dərinləşməsilə 6 ilin ən yüksək səviyyəsi olan 1554 dolları görüb.
"Merrill Lynch" da qiymətin 2000 dolları keçəcəyini gözləyir.
Xəbər verdiyimiz kimi, "Merrill Lynch" qızılın unsiyasının qiymətinin 2 min dollara qədər qalxa biləcəyini gözləyir.
Qlobal maliyyə şirkəti "Merrill Lynch İnternational"ın Araşdırma departamnetinin rəhbəri Maykl Widmer, "Bloomberg Television"a verdiyi müsahibəsində qızıl qiymətlərinə də toxunub.
Widmer, mərkəzi bankların iqtisadiyyatları hərəkətə gətirmək, ya da bazarları inkişaf barədə inandırmaqda müvəffəqiyyətsiz olan monetar genişlənmə yolunu davam etrdirməsi vəziyyətində qızılın unsiyasının qiymətinin 2000 dollara qədər yüksələcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
5 d. əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artığını açıqladı - MƏBLƏĞ
-
- 34 d. əvvəl
- 37 d. əvvəl
- 41 d. əvvəl
-
1 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Ən çox oxunanlar
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib



























