"Bank of Baku"dan KOMİSSİYASIZ və 16%-dən TƏHSİL HAQQI krediti!
® Təhsilə edilən dəstək, gələcəyə yatırılmış ən böyük sərmayədir. Fəaliyyəti dövrü ərzində bu fikri əsas tutaraq, təhsilin və elmin inkişafına hər zaman dəstək olan Bank of Baku, illik təhsil haqqlarının qarşılanması üçün yeni kredit məhsuluna – TƏHSİL HAQQI KREDİTİNƏ start verir.
Belə ki, Bank of Baku ödənişli əsaslarla təhsil alan şəxslərin valideynlərinə (qohumlarına) dəstək olaraq illik təhsil haqqını rahatlıqla qarşılamaları üçün 20.000 AZN-dək krediti illik 16%-dən başlayan faiz dərəcəsi və 0% KOMİSSİYA ilə təqdim edir.
Kredit məhsulundan ölkə ərazisində və ya xaricdə yerləşən ali, orta ixtisas, ümumtəhsil və ya məktəbəqədər təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin (şagirdlərin) ailə üzvlərindən biri (valideyn, nənə və ya baba, bacı və ya qardaş) və ya gəlirlərini təsdiq edə bilən və ödənişli əsaslarla təhsil alan şəxslər faydalana bilər.
Təhsil Haqqı Krediti üçün müraciət etmiş şəxs 1-ci xətt qohumunun (və ya özünün) tələbə (şagird) olduğunu və ödənişli əsaslarla təhsil alması barədə lazımi sənədləri banka təqdim etməlidir.
Müştəriləri eyni zamanda, aşağıdakı SƏRFƏLİ ŞƏRTLƏR də gözləyir:
- Kredit məbləği – min. 300 – maks. 20.000 AZN;
- 0% KOMİSSİYA;
- İLLİK 16%-dən başlayan FAİZ DƏRƏCƏSİ;
- Kredit müddəti – 3 - 48 ay;
- NÖVBƏSİZ çevik rəsmiləşmə.
Qeyd edək ki, Təhsil Haqqı Kreditindən faydalanaraq illik təhsil haqqını ödəyən bütün tələbələrə Bank of Baku tərəfindən Bolkart Gənc debet kartı hədiyyə olunacaq. Bolkart Gənc debet kartı şəxsi vəsaitdən istifadə üçün nəzərdə tutulmuşdur.
Bank of Baku-nun məhsul və ya xidmətləri haqqında daha ətraflı məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, Bank of Baku-nun rəsmi veb səhifəsinə www.bankofbaku.com və ya Facebook səhifəsinə www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
1 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azercell “Gələcək sizinlə başlayır! – öyrən, böyü, paylaş” sosial təşəbbüsünə start verib
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Suriyada yeni pul vahidi dövrü başlayır
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Ən çox oxunanlar
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbulu planı





















