"Risklərə baxmayaraq faiz endiriminə ehtiyac yoxdur"
ABŞ Mərkəzi Bankının Boston şöbəsinin sədri Eric Rosengren, ABŞ iqtisadiyyatının risklərə baxmayaraq, güclü olduğunu və bu aykı iclasda faiz endiriminə ehtiyac olmadığını deyib
"Marja" xəbər verir ki, Rosengren, "Əgər istehlakçılar xərcləməyə davam edərsə və qlobal şərtlər daha da pisləşməsə, iqtisadiyyat yəqin ki, 2 faiz ətrafında böyüməyə davam edəcək. Bu artım sürətində, maaşlarda və qiymətlərdə mərhələli artımı davam edəcək. Mənim fikirimə görə, təcili bir faiz endirilməsinə ehtiyac yoxdur",- deyib.
Rosengren-in bu şərhləri, Fed rəsmilərinin, faizlərin 0,5 bənd endiriləcəyinin gözləndiyi 17-18 Sentyabrdakı Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasında yenidən müxalif qala biləcəklərinə işarə edir. 31 İyuldakı iclasda, Rosengren, Kanzas Siti Fed sədri Esther George ilə birlikdə 0,25 bənd faiz endirimi qərarına müxalif olmuşdular.
Fed sədri Jerome Pauell, faiz endirimi qərarını, artan qlobal risklərə görə iqtisadi artımda daha ciddi yavaşlama ehtimalına qarşı müdafiə olaraq qiymətləndirmişdi. Pauell, 23 Avqustda etdiyi çıxışında, bu ay Vaşinqtonda keçiriləcək FOMC toplantısında digər bir faiz endirimi olacağına işarə etmişdi.
Digər tərəfdən, Boston Fed sədri, risklərin artmaqda olduğuna diqqət çəkib.
Rosengren, "Açıq bir şəkildə, ticarət və ya geo-siyasi münaqişələrin artacağına dair aşağı istiqamətli bir risk var. Ancaq indiyə qədər, bu artan risklər hələ reallığa çevrilməyib" şəklində bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 54 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib


























