Bakcell gənc ixtiraçıların Amerika səfərinə dəstək göstərib
® Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə birgə azərbaycanlı şagirdlərin ABŞ-da keçirilən "Dahilərin olimpiadası"nda iştirakına dəstək göstərib.
ABŞ-ın Nyu-York ştatında SUNY Oswego Universitetində keçirilmiş IX "Genius olympiad" ("Dahilərin olimpiadası") müsabiqəsində Azərbaycanı Gəncə şəhərindən olan IX sinif şagirdləri Rəsul Əliyev və Hüseyn Əliyev təmsil edib. Onlar tədbirdə “LEGO technic” vasitəsilə yaratdıqları “RoboAqrar” robotunu nümayiş etdiriblər. Fermerlər üçün nəzərdə tutulan bu robot kənd təsərrüfatında geniş istifadə potensialına malikdir. Gənc ixtiraçılarımız olimpiadanın “Biznes” kateqoriyasında fərqlənmə diplomuna layiq görülüb. Qeyd edək ki, müsabiqəyə 79 ölkədən 2800 nəfərdən çox şagird qoşulub.
Bakcell şirkəti gənclərin təhsili və inkişafına, həmçinin Azərbaycanda startap mühitinin yaxşılaşmasına mütəmadi olaraq dəstək göstərir. Şirkət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. Həmçinin, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar. Bu mühüm layihələr ölkənin bütün startap ekosisteminin inkişaf olunmasına böyük töhfə verməklə Azərbaycanda startap mədəniyyətinin formalaşdırılmasında böyük rol oynayir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 18 saat sonra
-
13 d. əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
-
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 4 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
Ən çox oxunanlar
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb















.jpg)




