102 min nəfər rəsmi işçi oldu
2019-ci ilin iyun ayının sonuna ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 7,3% və ya 101 min 660 nəfər artıb.
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, o cümlədən qeyri-dövlət sektorunda 14,0% və ya 77,0 min nəfər artıb. Bağlanmış əmək müqavilələrinin ümumi sayı üzrə artımın 75,7%-i qeyri-dövlət sektorunun payına düşüb. Təkcə iyun ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 11.000-ə qədər artım qeydə alınıb. Cari ilin 6 ayı ərzində qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımının 26,3%-i ticarət, 18,9%-i xidmət, 18,7%-i sənaye sektorunun payına düşüb. Həmçinin cəmi əməkhaqqı fondunda da artım göstəriciləri müşahidə olunur.
Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsinə stimulların yaradılması məqsədilə vergi və sosial qanunvericiliklərə mühüm dəyişikliklər edilib, vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəştləri və azadolmalar təqdim edilib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
8 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
8 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
8 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

























