Qazax Sement Zavodunun Rəhbərliyi regionlardakı sement satış məntəqələrində olub
(®) Qazax Sement Zavodu MMC-nin Rəhbərliyi şirkətin satış və marketinq əməkdaşları ilə birgə bayram ərəfəsində Azərbaycan Respublikasının Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, İsmayıllı, Ağsu, Göyçay, Ağdaş, Qəbələ, Şəki, Qax, Oğuz, Zaqatala, Balakən rayonları və ucqar kəndlərində Akkord Sement məhsullarının satışını həyata keçirən inşaat materialları mağazalarında olub.
Səfər zamanı şirkətin sement məhsullarının müxtəlif regionlarda satışının vəziyyəti, müştərilərə təqdim edilən məhsul və xidmətlərin səviyyəsi, həyata keçirilən kampaniyaların effektivliyi ilə maraqlanmış, eyni zamanda müştərilərin və ustaların rəy və təkliflərini dinləmişdir. Səfər zamanı Zavod Rəhbərliyi müştəriləri qarşıdan gələn 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Eyni zamanda müştərilərə şirkətin son dövrlərdə istehsalın həcminin artırılması, sement, beton, qum çınqıl istehsalı və satışı, ixracda əldə olunan uğurlar, satış,rebrendinq istiqamətində gələcək planlar, şirkətin həyata keçirdiyi sosial layihələr, və s haqda da geniş məlumat verilmişdir.
Səfər zamanı eyni zamanda şirkət tərəfindən satıcı və ustalara müxtəlif dəyərli hədiyyələr də təqdim edilmişdir.
Zavod Rəhbərliyinin rayon mərkəzlərində və ucqar kəndlərdə yerləşən satış məntəqələrinə səfər etməsi müştərilər tərəfindən xoş qarşılanıb. Rəhbərlik tərəfindən bu cür diqqət onlarda Qazax Sement Zavodu məhsullarının satışına marağı daha da artırır.
Növbəti günlərdə Zavod Rəhbərliyi satış menecerləri və marketinq əməkdaşlarının iştirakı ilə Respublikanın şimal və cənub regionlarına da səfər etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
4 d. əvvəl
Peskov: Əliyev və Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək
-
33 d. əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Paşinyan Rusiyaya səfər edəcək
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir



















.jpg)


