Ağlayaraq istefasını açıqladı
Böyük Britaniyanın Baş naziri Theresa May (Tereza Mey) 7 İyun 2019-cu il tarixindən etibarlı olmaqla istefa verdiyini açıqladı.
Böyük Britaniyannın Avropa Birliyindən (AB) çıxışı (Brexit) böhrana çevrilib.
"Marja" xəbər verir ki, May istefa çıxışında Brexit-i reallaşdıra bilmədiyi üçün məyus olduğunu bildirib. İstefası ilə əlaqədar Kraliçanı da məlumatlandırdığını bildirən May, "Referendumdan çıxan nəticəni həyata keçirməyə çalışdım. İngiltərə xalqı Avropa Birliyindən çıxmaq üçün səs vermişdir. Çıxış ilə əlaqədar hər şeyi müzakirə etdim. Birliyimizi qorumaq üçün və razılaşmanı həyata keçirə bilmək üçün edə biləcəyim hər şeyi etdim, 3 dəfə sınadım, amma təəssüf ki, bacara bilmədim.
Ölkənin mənfəəti üçün yeni Baş nazirin səyini davam etdirməsi tələb olunur. Brexit-i reallaşdıra bilməmək məni məyus edir, amma referendum nəticələrini mənim yerimə gələcək adamın davam etdirməsini istəyirəm. Ümid edirəm ki, Parlamentdə mənim bacara bilmədiyim ortaq fikir təmin olunar" ifadəsini istifadə edib.
May, çıxışının sonunda gözyaşlarına hakim ola bilməyib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Theresa May, 2016-da keçirilmiş Brexit referendumunun ardından o dövürki Baş nazir David Cameronun istefası ilə boşalan kresloya oturmuşdu.
İstefa qərarından sonra sterlinq dollar qarşısında 0.3% dəyər qazanıb. Sterlinq/Dollar məzənnəsi 1.2708 səviyyəsini görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 10 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
11 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)






.jpg)






