Google-ın Huawei qərarı bazara necə təsir edəcək?
ABŞ Prezidenti Donald Trampın "milli fövqəladə vəziyyət" elan edərək, Amerika şirkətlərinin milli təhlükəsizlik riski təşkil edən xarici şirkətlərə aid telekommunikasiya avadanlıqlarını istifadə etmələrini qadağan edən Fərmana imza atmasının ardından, Google, ağıllı telefon bazarında payları dəyişdirəcək bir addım atıb.
"Marja" xəbər verir ki, Google, ABŞ-ın bu qərarının hədəfində olan Çinin texnologiya şirkəti Huawei ilə olan əlaqələrini təxirə salıb. Google şirkəti, Huawei ilə təchizat, proqram təminatı və texniki xidmətlər sahəsində əməkdaşlığı dayandıracağını açıqlayıb.
Google-ın sözçüsünün Reuters-ə verdiyi açıqlamaya görə, Google Play başda olmaqla Android proqramları mövcud Huawei cihazlarında çalışmağa davam edəcək. Ancaq Huawei-nin bundan sonra çıxaracağı yeni telefon modellərinin istifadəçiləri, Google və dolayısı ilə Android proqramlarına daxil ola bilməyəcəklər.
İSTİFADƏÇİLƏRƏ NECƏ TƏSİR EDƏCƏK?
Hal-hazırda Huawei, Google-ın Android platformasını istifadə edən dünyada ən böyük ikinci telefon istehsalçısıdır.
Google-ın ABŞ sanksiyaları daxilində verdiyi bu qərarından imtina etməməsi vəziyyətində, Çinin Huawei şirkətinin ağıllı telefonlarında Android yerinə öz əməliyyat sistemini istifadə etməsi lazım olacaq.
Google-ın verdiyi bu radikal qərarın necə tətbiq olunacağı barədə hələ ətraflı məlumat yoxdur, ancaq Google-a da zərər verməsi gözlənilən bu qərarla, Huawei-nin Android telefon sahibləri, Google tətbiqlərinə (proqramlarına) daxil olmaq imkanını itirəcəklər və eyni zamanda Android yenilənmələrini ala bilməyəcəklər.
Bəs bu qərar ağıllı telefon bazarını necə təsir edəcək?
Şirkət | 2018 satış (milyon ədəd) | 2018 bazar payı | 2017 satış (milyon) | 2017 bazar payı | İllik dəyişiklik (satışlar) |
1. Samsung | 292 | 20.80% | 317.7 | 21.70% | -8.00% |
2. Apple | 209 | 14.90% | 215.8 | 14.70% | -3.20% |
3. Huawei | 206 | 14.70% | 154.2 | 10.50% | 33.60% |
4. Xiaomi | 123 | 8.70% | 92.7 | 6.30% | 32.20% |
5. Oppo | 113 | 8.10% | 111.7 | 7.60% | 1.30% |
6.Digərləri | 462 | 32.90% | 573.4 | 39.10% | -19.40% |
Cəmi | 1,405 | 100.00% | 1,465.50 | 100.00% | -4.10% |
Bazar araşdırma təşkilatı IDC-in məlumatlarına görə, 2018-ci ildə dünyada cəmi 1.4 milyard ədəd telefon satılıb. Bunların 292 milyonu Samsung, 209 milyonu Apple, 206 milyonu isə Huawei markalı telefonlar olub.
HUAWEİ DƏ GEDƏRSƏ, ƏLİNDƏ YALNIZ SAMSUNG QALACAQ!
Huawei-nin 14.7%-lik bazar payı var. 2019-cu ilin ilk rübünün rəqəmlərinə baxsaq satılan cəmi 311 milyon ədədlik telefonun 72 milyonu Samsung, 59 milyonu Huawei və 36 milyonu isə Apple olub. Çinin Huawei şirkətinin qlobal bazardakı payı da 19%-ə çatıb.
ABŞ-ın "qara siyahı" qərarı yalnız Huawei-yə aid deyil, Çinin digər texnologiya şirkətlərinə də şamil olunur.
Dünyada ən böyük 10 ağıllı telefon istehsalçısından 7-si Çin şirkətidir və bunların hamısı da Android cihazlar istehsal edir.
Şirkət | 2019 1-ci rüb Satış (milyon) | 2019 1-ci rüb bazar payı | 2018-1-ci rüb Satış (milyon) | 2018 1-ci rüb bazar payı | İllik dəyişiklik (satışlar) |
1. Samsung | 71.9 | 23.10% | 78.2 | 23.50% | -8.10% |
2. Huawei | 59.1 | 19.00% | 39.3 | 11.80% | 50.30% |
3. Apple | 36.4 | 11.70% | 52.2 | 15.70% | -30.20% |
4. Xiaomi | 25 | 8.00% | 27.8 | 8.40% | -10.20% |
5. Vivo | 23.2 | 7.50% | 18.7 | 5.60% | 24.00% |
5. Oppo | 23.1 | 7.40% | 24.6 | 7.40% | -6.00% |
6. Digərləri | 72.1 | 23.20% | 91.9 | 27.60% | -21.50% |
Cəmi | 310.8 | 100.00% | 332.7 | 100.00% | -6.60% |
Bazarda, Huawei-nin ardından, digər Çinli istehsalçılar Xiaomi, Vivo və Oppo da əhəmiyyətli oyunçular arasındadırlar. Bu 4 böyük Çinli telefon istehsalçısının bu ilin ilk 3 ayında satdığı cihazların cəmi Android bazarındakı 47%-i aşır. Çinin digər istehsalçılarına da Android məhdudiyyəti tətbiq etsə, Google-ın mobil bazarda əlində yalnız Cənubi Koreyanın Samsung şirkəti qalmış olacaq.
11 İLLİK TARİXİNDƏ İLK DƏFƏ OLA BİLƏR!
Google-ın son qərarından Android platforması mənfi təsir görə bilər. Əgər Google, Huawei başda olmaqla Çinin telefon istehsalçılarının bundan sonra istehsal edəcəkləri yeni modellərdə Android-i istifadə etməsinə icazə verməzsə, ağıllı telefon bazarında iki meyl yarana bilər.
Birincisi, mobil əməliyyat sistemi sahəsində Android ilə dünyada 85%-lik bir payı olan Google, Apple-ın iPhone-larında istifadə etditi iOS-ə qarşı "qan" itirə bilər. Bununla bərabər, Apple-ın yüksək qiymətlərinə görə düşən iPhone satışları nəzərə alındığında, istehlakçıların seçimi yenə daha fərqli qiymət səviyyələri təqdim edən markalar olacaq.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Ancaq Çinli markalar bazardakı varlıqlarını davam etdirə bilmələri üçün Androidə alternativ olaraq öz əməliyyat sistemlərini inkişaf etdirib, öz platformalarında çalışan telefonları çıxarmağa yönələcəklər.
Hər nə qədər Android-in bazardakı hakimiyyəti söz mövzusu olsa da, Google-ın verdiyi bu son qərar tətbiq edilsə, Android-in mənfi təsir görəcəyi qətidir. Bu vəziyyətdə isə, istifadəçilərə ilk versiyasını 2008-ci ildə təqdim edilən Android-in 11 illik tarixində ilk dəfə bazar payında azalma olacaq.
Müştərilərin xəbərləri
ABV və Hikvision tərəfdaşlığı ilə LED, rəqəmsal və interaktiv ekran həlləri Azərbaycan bazarında - FOTOLAR
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
38 d. əvvəl
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
- 50 d. əvvəl
-
-
1 saat əvvəl
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
-
1 saat əvvəl
Britaniyanın Baş naziri və Tramp Hörmüz boğazı üçün hərbi variantları müzakirə edib
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
-
4 saat əvvəl
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
-
4 saat əvvəl
"Regional" BOKT 2025-ci ili xalis mənfəətlə başa vurub - 12%-DƏN ÇOX ARTIB
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
ʺBank Melli İranʺ Bakı filialının xalis mənfəəti azalıb
İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib
“Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır - MÜSAHİBƏ
Lufthansa-da tətil 500-dən çox uçuşun ləğvinə səbəb olacaq
Ən çox oxunanlar
Azərbaycan 15 sığortaçısının məcmu xalis mənfəəti 6 % azalıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
TuranBank İsveçrənin fondu ilə əməkdaşlığa başlayıb - SAZİŞ İMZALANIB, 10 MİLYON VƏSAİT CƏLB OLUNUB
Lizinq şirkətində növbədənkənar ümumi yığıncağı keçiriləcək
“E-müqavilə”nin tətbiqinə başlandı - Mal və xidmətlərin alınması üzrə müqavilələr bu altsistem ilə bağlanacaq
“Dəli-Dolu Təkliflər” kampaniyası başlayır - CƏMİ 3 GÜN



















