"Azərbaycan” İstilik Elektrik Stansiyasının xalis zərəri 13 dəfə artıb
"Azərenerji" ASC-yə məxsus "Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 470,095 mln. manat təşkil edib.
Stansiyanın maliyyə hesabatına istinadən xəbər verilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 86,305 milyon manat və yaxud 15,5% azdur.
2018-ci ildə İES-in cəmi öhdəlikləri 59,883 mln. manat və yaxud 26,2% azalaraq 168,813 milyon manata, cəmi kapitalı 26,422 milyon manat və yaxud 8,1% azalaraq 301,282 milyon manata düşüb.
2018-ci ildə stansiyanın elektrik enerjisi satışından gəliri 71,37 mln. manat və yaxud 20,7% azalaraq 273,085 mln. manat, yanacaq xərcləri 82,667 mln. manat və yaxud 27,4% azalaraq 218,683 mln. manat, köhnəlmə xərcləri 189 min manat və yaxud 0,7% artaraq 29,006 mln. manat, təmir və texniki xidmət xərcləri 2,911 mln. manat və yaxud 63,9% artaraq 7,467 mln. manat, işçi heyətinin saxlanması xərcləri 785 min manat və yaxud 18,5% artaraq 5,025 mln. manat, mənfəət vergisindən başqa digər vergi xərcləri 586 min manat və yaxud 25,17% azalaraq 1,742 mln. manat, xammal və material xərcləri 171 min manat və yaxud 10,5% azalaraq 1,459 mln. manat, digər əməliyyat xərcləri isə 216 min manat yaxud 8,5% azalaraq 2,33 mln. manat təşkil edib. Bundan əlavə ötən il stansitanın debitor borcların dəyərsizləşməsi ehtiyatında dəyişiklik üzrə 1,305 mln. manat gəliri olub (əvvəlki ilə zərər edib). Son nəticədə İES-in 2017-ci ildəki 1,116 milyon manatlıq əməliyyat zərəri 2018-ci ildə 8,678 milyon manatlıq əməliyyat gəliri ilə əvəz olunub.
Ötən il İES-in maliyyə xərcləri 310 milyon manat və yaxud 9,1% artaraq 3,717 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 2 min manat və yaxud 40% artaraq 7 min manata çatıb. Bundan başqa, stansiyanın 76,373 mln. manat əmlak, tikinti və avadanlıqlar üzrə dəyərsizləşmə itkisi, 10,015 mln. manat kreditor borcun silinməsi üzrə gəliri olub.
Beləliklə, stansiyanın vergiyəqədərki zərəri 61,404 mln, manat olub ki, bu da illik müqayisədə 13,6 dəfə çoxdur.
2018-ci ildə İES-in mənfəət vergisi üzrə gəliri 12,386 mln. manat təşkil edib ki, bu da 2017-ci ilə nisbətən 19,2 dəfə çoxdur.
Beləliklə, stansiya ötən ili 49,018 mln. manat xalis zərərlə başa vurub. Bu isə əvvəlki illə müqayisədə 12,6 dəfə çoxdur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
10 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
12 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 13 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı










.jpg)








.jpg)

