Elman Rüstəmov Manatın məzənnəsi barədə danışdı
“Hazırda Manatın məzənnəsi üçün təhlükə yoxdur.”
“Marja” xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
“Manatın məzənnəsi dayanıqlıdır və onun sabitliyinə bu gün təhdid yoxdur. Rüb ərzində 30-a yaxın valyuta hərracı keçirilib, hərraclarda tələb və təklif demək olar ki, bərabər olmuşdur. Hətta, Dövlət Neft Fondu bir qədər satış qrafikindən geri qalıb. Əhəmiyyətli bir rəqəm olmasa da, valyuta bazarında təklif tələbi bir qədər üstələmişdir. Neftin əlverişli qiyməti, ticarət və tədiyyə balansının müsbət saldosu Manatın məzənnəsinə ilin sonunadək nikbin baxmağa imkan verir”,- Elman Rüstəmov deyib.
Elman Rüstəmov əlavə edib ki, 30 hərrac vasitəsilə təxminən 1,9 milyard dollar valyuta satılıb, bu da nəzərdə tutulmuş satış planından təxminən 100 milyon dollar azdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 41 d. sonra
-
9 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 10 d. əvvəl
-
-
17 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
23 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
35 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 39 d. əvvəl
-
54 d. əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb


























