“AtaBank” ilk rübü xalis mənfəətlə bağlayıb
“AtaBank” ASC 2019-cu ilin 1-ci rübünü 127 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart dövründə “AtaBank”ın cəmi gəlirləri 9 milyon 544 min manat, cəmi xərcləri 10 milyon 917 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən bankın 1 milyon 373 min manat əməliyyat zərəri yaranıb. Lakin əvvəlki illər ehtimal olunan depozit və kredit itkiləri üçün yaradılmış ehtiyatın 1 milyon 500 min manatının azad olması hesabına həm əməliyyat zərəri bağlanıb, həm də 127 min manat xalis mənfəət qalıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə “AtaBank”ın cəmi gəlirləri 12 milyon 996 min manat, cəmi xərcləri 12 milyon 163 min manat, əməliyyat mənfəəti 834 min manat təşkil etmişdi. Həmin vaxt əməliyyat mənfəətinin 493 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılmış, "AtaBank" ASC 2018-ci ilin 1-ci rübünü 341 min manat xalis mənfəət ilə başa vurmuşdu.
2019-cu ilin yanvar-mart dövründə "AtaBank"ın faiz gəlirləri 8 milyon 627 min manat, qeyri-faiz gəlirləri 917 min manat təşkil edib. 2018-ci ilin yanvar-mart dövründə “AtaBank”ın faiz gəlirləri 10 milyon 669 min manat, qeyri-faiz gəlirəri 2 milyon 328 min manat təşkil etmişdi.
31 Dekabr 2019-cu il tarixində "AtaBank" 143 milyon 330 min manat cəmi kapitala malik olub. "AtaBank" ölkədə ən böyük kapitala malik olan banklardan biridir.
31 Dekabr 2019-cu il tarixində "AtaBank"ın cəmi aktivləri 579 milyon 223 min manat, o cümlədən müştərilərə verilmiş kreditlər 421 milyon 495 min manat təşkil edib. 2018-ci ilin sonunda Bankın cəmi aktivləri 581 milyon 110 min manat, o cümlədən müştərilərə verilən kreditlər 428 milyon 565 min manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























