Neft Fondundan bu layihəyə 1,2 mlrd. dollar yönəldilib
“Cənub Qaz Dəhlizi” QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2016-cı ildə 797,4 mln. manat və yaxud 495,2 mln. ABŞ dolları məbləğində vəsait İqtisadiyyat Nazirliyinin hesabına köçürülüb.
Bu, Azərbaycan Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd olunub ki, bu maddə üzrə icra büdcədə nəzərdə tutulana (2 355,3 mln. manat) nisbətən 33,9% təşkil edib: “Layihə üzrə Fondun büdcəsində nəzərdə tutulan vəsaitin tam icra olunmaması 2016-cı ilin mart ayında “Cənub Qaz Dəhlizi” QSC tərəfindən beynəlxalq maliyyə bazarlarında dövlət zəmanəti əsasında xarici valyutada denominasiya edilən beynəlxalq istiqrazların (avrobond) yerləşdirilməsindən diskont dəyərində 991,1 mln. dollar məbləğinin cəlb edilməsi, “Şahdəniz” layihəsində 10% payın alınması üzrə qiymətin 2-ci tranşının ödənilməsinin 2017-ci ilə təxirə salınması, TANAP və TAP layihələri üzrə bəzi xərclərin növbəti illərə keçirilməsi ilə izah olunur”.
Hesabata əsasən, 2014-2016-cı illər ərzində Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə ARDNF-in büdcəsi çərçivəsində ümumilikdə 1 milyard 232,1 milyon dollar yönəldilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il sərəncamı ilə "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 mln. dollar məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i SOCAR-a məxsus olan "Cənub Qaz Dəhlizi" QSC təsis edilib. Sərəncamın 2.1-ci bəndi ilə Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi ARDNF-ə, dövlət mülkiyyətində olan səhmlərin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə tapşırılıb.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
8 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
9 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















