“Bu risklidir” -dollar əmanətində yüksək faiz
Son bir neçə ayda Azərbaycanda banklar dollarla sığortalanmayan əmanətlərin qəbuluna başlayıblar. Azərbaycan bankları arasında 10-a yaxın bank müştərilərə dollarla sığortalanmayan əmanətlər təklif edirlər.
Faizlər 4-13 arasında dəyişir
Bəzi banklar isə hətta daha yüksək faizlə dollar əmanəti cəlb etməyə çalışırlar. Araşdırmaya görə, banklar arasında dollarla sığortalanmayan əmanətlər üzrə faiz dərəcəsi 4-13 % arasında dəyişir. Müştəri olaraq maraqlandıqda bank əməkdaşları bu kampaniyalar haqqında ağızdolusu danışsalar da, onların qorunmadıqlarını qeyd etmirlər. Yalnız sual verib soruşduqda həmin əmanətlərin qorunmadığını təsdiqləyirlər.
Vurğulamaq istərdik ki, dollar əmanətləri üzrə yüksək faiz dərəcələri böyük gəlir təəssüratı yaratsa da, banklara bu şəkildə depozit yatırmaq təhlükəlidir. Bunu bankirlər və iqtisadçı ekspertlər də təsdiqləyirlər.
Taleh Kazımov: “Reallıqda çox yüksək faiz dərəcələridir”
Bir qədər əvvəl “PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımov müsahibəsində bu məsələyə aydın gətirmişdi. O bildirib ki, müştərilər böyük faizlər təklif edən banklara etibar etməməlidirlər: “Bazarda hamıdan yüksək faizləri reklam edən banklar varsa, deməli onların likvidlik problemi yaranıb, ona görə də bahalı vəsait cəlb etmək istəyirlər. Bəzi bankların əmanətlərdə dollarla 9%, manatla 17-19% təklif etmələri bununla bağlıdır. Deyə bilərəm ki, reallıqda çox yüksək faiz dərəcələridir və müştərilər bu təkliflərə yanaşmada çox ehtiyatlı olmalıdırlar”.
“Sığortalanmayan dollar əmanəti yatırmaq risklidir”
İqtisadçı ekspert Samir Əliyev bildirib ki, xaricdən və Mərkəzi Bankdan dollarla vəsait cəlb edə bilməyən banklar diqqəti əmanətlərə yönəldirlər. Yüksək faizlə dollar əmanəti cəlb etməyə çalışırlar. Bu həmin bankların likvidlik probleminin olduğunu göstərir. Manatın bahalaşma perspektivlərinin olmadığı nəzərə alsaq, hazırki şəraitdə bankların həmin vəsaitləri necə qaytaracaqları sual altındadır. Ekspert hesab edir ki, bütün sadalanları nəzərə alaraq hazırda qorunmayan dollar əmanətləri üzrə depozit yerləşdirmək risklidir.
Yüksək faizlə dollar cəlb edən bankdan etiraf: “Bu risklidir”
Maraqlıdır ki, qorunmayan dollar əmanəti təklif edən banklar özləri də bu formada əmanət yerləşdirməyin dolayı yolla riskli olduğunu etiraf edirlər. Məsələn, adı çəkilən banklardan biri özünün qorunmayan əmanətləri üzrə təklif etdiyi faizin daha sərfəli olduğunu, həmin məbləğdən yuxarı dollar əmanəti qəbul edən digər bankların isə kapital problemi olduğunu bildirir: “Yüksək faizlə qorunmayan əmanət cəlb etmək risklidir”.
©Fins.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
15 d. əvvəl
Dövlət şirkətlərinin büdcə və maliyyə göstəriciləri yeni Qaydalar ilə monitorinqi olunacaq
-
18 d. əvvəl
11 ayda dövlət büdcəsinin gəlirləri proqnozu 324,6 milyon manat üstələyib
-
-
21 d. əvvəl
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
- 56 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
-
1 saat əvvəl
“Azərbaycan Biznesinin İnkişafı Fondu”nun Müşahidə Şurasının tərkibi təsdiq olundu
-
1 saat əvvəl
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
-
2 saat əvvəl
Azərbaycanın tədiyyə blansının saldosunda 1 milyard 125 milyon dollarlıq kəsir
-
2 saat əvvəl
Daha 18 şəxsə “Startap” şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRDƏN AZADDIRLAR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Sahil Babayev iclas keçirdi
Azercell növbəti dəfə keyfiyyətin idarə olunması üzrə beynəlxalq sertifikatını yenilədi
Ən çox oxunanlar
Qızılın qiyməti tarixi maksimum səviyyəyə yaxınlaşıb
Dekabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb




























.jpg)




