“III Maliyyə və İnvestisiya Forumu” gəlir...Təsisçilər yenilikdən danışdılar!
Son zamanlar ölkəmizin iqtisadi sahədə əldə etdiyi nailiyyətləri, inkişafı nəinki bizim elə bir sıra dünya ölkələrinin də diqqət mərkəzindədir. İqtisadi inkişafın yüksək səviyyədə özünü göstərməsi dövlətlə yanaşı özəl investorların da səyi nəticəsində formalaşır desək yanılmarıq. Azərbaycanın ən böyük investisiya forumu olan “FIF Maliyyə və İnvestisiya Forumu” (Financial Information Forum) da bu məqsədlə fəaliyyət göstərir. Sayca 3-cü olacaq Maliyyə və İnvestisiya Forumu 4 may 2019-cu il tarixində “Pullman” oteldə ölkəmizin aparıcı şirkətlərinin iştirakı ilə “İnnovasiya və şəffaflıq” devizi altında keçiriləcək. Ölkə əhəmiyyətli forumun mahiyyəti, məqsədi, yenilikləri haqqında təsisçilər danışıblar.

“ANC GROUP”un baş maliyyə direktoru, təsisçi Emin İsmayılov bildirib ki, hər il dünya iqtisadiyyatında trend olan mövzular ətrafında xarici və yerli mütəxəssislərlə birgə müzakirələr aparılır. Onun sözlərinə görə, bu ilki sloqan da məhz dünya bazarının tələblərinə uyğun olaraq seçilib. Bugün dünyada və Azərbaycanda maliyyə və investisiya sahəsində innovativ məhsullarla rəqabət üstünlüyünun əldə edilməsi, blokçeyn BigData kimi texnologiyaların maliyyə sisteminə tətbiqi, finteklər, nağdsız maliyyə əməliyyatları, offşorlarla mübarizə və şəffaf hesabatlıq əsas tendensiyalardır. Emin İsmayılov onu da bildirib ki, bu ilki xarici spiker ABŞ-da və Yaponiyada uzun müddət iş təcrübəsi olan investisiya şirkətinin rəhbəridir. Xarici spiker, investisiya cəlb etməyin yolları barədə məlumatların yerli sahibkarlarla bölüşəcək. Dünyanın ən məşhur şirkətlərindən olan “SAP”-ın nümayəndəsi bank sektorunda olan ən son trendlər, yerli investisiyalar, biznes proseslərinin avtomatlaşdırılmasından danışacaq. Sonda isə Biznes və İnnovasiyalar panelində biznes idarəçiliyi və innovasiyalar sahəsində uğurlu olan şirkət rəhbərləri ilə interaktiv sual cavab sessiyası olacaq.
“Məqsədimiz qlobal iqtisadi modellərin ölkəmizdə tətbiqi, maliyyə savadlılığının artırılması, sahibkar və dövlət münasibətlərini inkişaf etdirməkdir”
Emin İsmayılov bildirdi ki, dövlət başçısının apardığı sosial-iqtisadi islahatlar sahibkarlığın inkişafından əlavə sahibkar və dövlət arasındakı münasibətlərə də müsbət töhvələr verəcək.
“Forum dünyada və Azərbaycanda maliyyə və investisiya sahəsində aktual mövzuları geniş ictimaiyyətə çatdırmaq üçün bir platformadır”

Bu sözləri “Baker Tilly”şirkətinin konsaltinq xidmətləri direktoru, təsisçi Niyazi Abbasov deyib. O, da öz növbəsində forumun maarifləndirmə məqsədli olduğunu bildirib. Niyazi Abbasovun fikrincə, forumun keçirilməsinin formatı, seçilən mövzular beynəlxalq standartlara uyğunlaşdırılır.
Həmçinin o, qeyd edib ki, ölkə iqtisadiyyatının inkişafı yolunda bütün yükü dövlətin üzərinə atmaq düz deyil. Bu işdə özəl sektorun da marağı olmalıdır. Bu baxımdan təşkil olunan forumun keçirilməsində məqsəd, maliyyə və investisiya sahəsində beynəlxalq təcrübədən yararlanmaq, həmin mexanizmləri Azərbaycanda da tətbiq etməkdir.
“ADMEDİA reklam agentliyi olaraq forumun piar işlərini üzərimizə götürmüşük. Ötən illərdə olduğu kimi, bu ili də uğurla başa vuracağımıza əminəm”.

“ADMEDİA” şirkətinin rəhbəri, təsisçi Sabit Məmmədov forumun piar işlərinin yüksək səviyyədə aparıldığını vurğulayaraq, ölkənin ən reytinqli xəbər agentlikləri ilə media tərəfdaşlığının olmasını dilə gətirib. Onun sözlərinə görə, hazırda III Maliyyə və İnvestisiya Forumu üçün küçə reklamlarından və digital reklamlardan istifadə olunur. O, həmçinin sosial media üzərindən də tanıtım aksiyaları keçirildiyini qeyd edib. Forumda iştirak etmək üçün müraciət edənlərin sayı da reklam işlərinin uğurla aparıldığının bariz nümunəsidir. Sabit Məmmədov bundan əlavə bildirib ki, telekanallar, xəbər agentlikləri və portallar da forumu işıqlandıracaqlar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
16 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
17 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
17 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
17 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar












.jpg)



.jpg)



