Biznes kitabları oxumağın faydaları
Əgər biznes kitabları bizə nə verir sualı sizi maraqlandırırsa və ya bu tip kitablarla bağlı tərəddüdləriniz varsa, bu məqalə məhz sizin üçündür. Azərbaycanın ilk məzmun kitabxanası olan www.readit.az biznes kitabların bizə verdiyi üstünlükləri barədə oxucularla fikirlərini bölüşüb. Bu üstünlüklər ümumiləşdirərək 6 kateqoriyaya bölünüb.
Biznes zəkası: Biznes kitablarının bir nömrəli funksiyası insanın biznes zəkasını itiləməsidir. Biznesdə uğur qazanmaq üçün ən vacib şərt biznesin necə işlədiyini, sistemin çarxlarının fırlanma prinsiplərini anlamaqdır. Əsas nöqtələri anladıqdan sonra biznesi irəlilədəcək, böyüdəcək baxışlara sahib olacaqsınız.
Fürsətlər və seçimlər: Biznes kitablarının əsas nöqtələrindən biri sizə fürsətlər və çətinliklər qarşısında edilən seçimləri, atılan addımları göstərən hekayələrdən bəhs etməsidir. Bu hekayələr ağlınızı yeni fürsət və seçimlərə aça bilər, görmədiyiniz şeyləri görməyinizə kömək edə bilər.
Düşüncə tərzi: Düşüncə tərziniz, inam sisteminiz biznesdəki uğurunuzun sərhədidir. Biznes bioqrafiyaları oxuyanda özünüzü güclü insanların düşüncə tərzi ilə “yoluxdurursunuz”. Onları başqalarının əldə edə bilmədiklərinizi əldə etməyə aparan düşüncə tərzlərini görürsünüz. Onların həyata, biznesə yanaşmalarını izləyərək siz də onların səviyyəsinə yüksələ bilərsiniz.
Biznes terminləri: Tam olaraq anlaşılmaz olmasa da, necə deyərlər, biznesin öz dili var. Bunu biznes insanları yaxşı bilirlər. Digər biznesmenlerlə danışıqlar, görüşlər aparacaqsınızsa bu dilin ən azı ən əsas elementlərini bilməyiniz lazımdır. Əgər bilmədiyiniz anlaşılsa, qarşı tərəfdə yaratdığınız imic məhv ola bilər. Biznes kitabları sizə bu dili öyrədəcək və bu mühitdə sizə özünəinam yaradacaq.
Dərslər: Əgər biri əlini ocağa saldıqda suluqladığını və əziyyət verdiyini deyirsə, artıq sizin yenidən əlinizi ocağa salaraq nəticəsini öyrənməyə ehtiyacınız yoxdur. Biznes mühitində edilən böyük xətalardan və yaratdığı nəticələrdən də eyni formada öyrənmək olar.
Bilmədiklərinizi bilmək: Sokrat necə demişdi? – “Ən müdrik insan hər şeyi bilmədiyini biləndir.” Nələr bilməyimiz haqqında heç bir fikrimiz yoxdur. Yeni keyslər, yeni yanaşmalar oxuduqca heç bir zaman ağlımıza gəlməyən şeylər haqqında düşünməyə, bizi uğura aparacaq yeni yolları kəşf etməyə başlayacağıq. Bəzən sadəcə tək bir cümlə bizə milyon dollarlıq bir yanaşma tərzi qazandıra bilər.
Son olaraq: Oxumaq çox vacib olsa da, öyrəndiklərinizi tətbiq etmək, onları intizamlı formada izləmək sizi uğura aparacaq. Tətbiq edilməyən biliklərin sizə heç bir faydasının olmayacağını unutmayın.
Bu yazını oxuyursunuzsa deməli inkişaf yolundasınız. Uğurlar!
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
-
11 saat əvvəl
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
-
11 saat əvvəl
"Shell" rəhbəri: Hörmüzdə gərginlik davam edərsə, benzin və dizel bazarında çatışmazlıq yarana bilər
-
12 saat əvvəl
Türkiyənin daha bir tanınmış restoranlar şəbəkəsinin Bakıda şöbəsi açılacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
İran-dan danışıqlara mənfi cavab: Müharibənin bitməsi üçün 5 şərt
-
12 saat əvvəl
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
17 saat əvvəl
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur
Zəmanətsiz avtomobil almağın həqiqi riskləri 8 bənddə
ABŞ-ın təklifləri Tehran tərəfindən qəbul edilməyib, İran atəşkəs üçün 5 şərt irəli sürüb
ABŞ-ın əczaçılıq nəhəngi "Merck" şirkəti "Terns Pharmaceuticals" şirkətini 6,7 milyard dollara satın alır
Ən çox oxunanlar
İran atəşkəs iddialarını təkzib edib
İran müharibəsi gərginliyi: Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən yeni addımlar
Danone-dən 1 milyard avroluq satınalma
"Apple Maps"ə reklamlar gəlir
“Baku Steel Company” istehsalı borc ilə genişləndirmək niyyətindədir




















