Sumqayıt Texnologiyalar Parkı “MosBuild 2019” sərgisində iştirak edib
Bu günlərdə Sumqayıt Texnologiyalar Parkı (STP) Rusiyanın paytaxtında keçirilən “MosBuild 2019” sərgisində iştirak edir.
STP-dən "Marja"ya daxil olmuş məlumata görə, əsas məqsəd “Made in Azerbaijan” brendini təmsil etmək və Rusiya bazarında yeni müştərilər cəlb etməkdir.
Sayca 25-inci olan builki Beynəlxalq Sərgi Rusiyanın ən çox iştirakçı və ziyarətçi cəlb edən tikinti və inşaat sərgisi hesab olunur. Belə ki, Moskvanın “Crocus Expo” kompleksində təşkil olunan tədbirdə ümumilikdə 1200 iştirakçı öz məhsullarını nümayiş etdirir. Məlumat üçün bildirək ki, ötən il 65 mindən çox insan sərgini ziyarət etmişdi.
Sərgidə “Made in Azerbaijan” brendinin layiqli təmsilçisi olaraq Texnopark bu brend altında istehsal etdiyi müxtəlif çeşidli məhsullarını nümayiş etdirməkdədir. Sərgilənən kabellər, elektrik yuvaları, elektrik panelləri, plastik borular, fitinqlər və digər məhsullar müştərilərin bütün tələblərinə cavab verir. Belə ki, tədbir çərçivəsində STP əməkdaşları artıq bir sıra potensial müştərilərlə görüşlər keçirib, məhsulların ixracına və digər əməkdaşlıq imkanlarına dair müzakirələr aparıblar.
Sumqayıt Texnologiyalar Parkının bu sərgidə iştirakı İqtisadiyyat Nazirliyinin dəstəyi, o cümlədən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə reallaşıb.
AŞAĞI FAİZLƏ TƏCİLİ PUL KREDİTİ
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Texnopark neft-qaz, enerji, kənd təsərrüfatı sahələri ilə yanaşı tikinti sektoruna da geniş çeşiddə məhsul və xidmətlər təklif etməkdədir. STP 22 dekabr 2009-cu ildə dövlət başçısı İlham Əliyev tərəfindən istismara verilib. Hazırda müəssisədə mövcud olan 13 zavodda 30-dan çox istehsal sahəsi fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
2 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)


