Yanğından zərər çəkən sahibkarlar 2 mərhələdə kompensasiya alacaqlar
“Diqlas” ticarət mərkəzində yanğından zərər çəkən hər bir sahibkarın adına yaxın günlərdə “Kapital Bank”da hesab açılacaq, kompensasiyanın ilkin məbləği həmin hesaba köçürüləcək. Bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
““Diqlas” ticarət mərkəzində yanğından maddi zərər görən hər bir sahibkarın adına yaxın günlərdə “Kapital Bank”da hesab açılacaq. İlkin mərhələdə sahibkarların hər birinin hesabına kompensasiyanın müəyyən məbləği köçürüləcək. Zərərin məbləği müəyyən olunandan sonra kompensasiyanın qalan hissəsi ödəniləcək”, - N.Səfərov cümə günü sahibkarlarla görüş zamanı bildirib.
Bundan əlavə, nazirlik həmçinin sahibkarlara xüsusi dərəcə ilə güzəştli kreditlərin verilməsinə köməklik etməyə hazırdır.
N.Səfərovun sözlərinə görə, Sahibkarlığın İnkişafı Fondu (SİF) illik 4%-dən aşağı dərəcə ilə güzəştli kreditlər verə bilər.
“O cümlədən, zərər çəkmiş sahibkarala bir müddət daha sərfəli şərtlərlə ticarət meydançaları təqdim edə biləcək digər ticarət mərkəzləri ilə danışıqlar aparılır”, - o qeyd edib.
“Diqlas” ticarət mərkəzində yanğın mart ayının 26-sı saat 8.12-də baş verib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sözlərinə görə, yanğın yaxınlıqda yerləşən dönərxananın yanması səbəbindən baş verib.
K.Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildən başlayaraq ticarət mərkəzinə və Nizami Rayon İcra Hakimiyyətinə mərkəzdə yanğın təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı xəbərdarlıqlar göndərilib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225-ci maddəsi (yanğın təhlükəsizliyi qaydalarının pozulması) üzrə cinayət işi başlanıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)



