Azərbaycan brendinin saxta restoranı istifadəyə verilib
Son vaxtlar şöbələrinin sayı artan və hər gün məşhurlaşan “Doneretto” restoranlar şəbəkəsi haqsız rəqabətlə üzləşdiyini açıqlayıb.
“Marja” xəbər verir ki, Fevral ayında Şirvan şəhərində “Doneretto”nun loqosu və korporativ üslubu ilə restoran istifadəyə verilib. Bakıdakı “Doneretto” restoranından bildirilib ki, bunu adı oğurluqdur: “Bizim şirkətin Şirvan şəhərində heç bir filialı yoxdur. Bunu hər kəsin bilməsini istəyirik”.
Şirvan şəhərindəki restoranın İnstagram səhifəsində açıqlanıb ki, “Doneretto bir Rafiqoğlu brendidir". Məlumata görə, Şirvan şəhəri Səməd Vurğun küç, 1 ünvanında yerləşən restoran 2 qardaş tərəfindən istifadəyə verilib.
Qeyd edək ki, hazırda, Bakıda 4 ünvanda (2-si Neftçilər metrosu çıxışında , N.Nərimanov metrosunun çıxışında və Bakıxanov qəsəbəsində "Aygun Mall"ın həyətində) "Doneretto" fast-fud restoranı fəaliyyət göstərir. Bakıda ilk "Doneretto" restoranı 2016-cı ilin Martında istifadəyə verilib. O zamandan bəyan edilib ki, "Doneretto" bir Azərbaycan brendidir.
“Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının qanununa görə, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi rəqibin təsərrüfat fəaliyyətinin təqlididir. Əmtəə nişanının təqlidinə görə maliyyə sanksiyaları nəzərdə tutulub.
Əmtəə nişanı — sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).
Saxta olduğu bildirilən "Doneretto" restoranı

2016-cı ilin Martında Bakıda ilk istifadəyə verilmiş "Doneretto" restoranı

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
- 11 d. əvvəl
- 31 d. əvvəl
- 47 d. əvvəl
-
48 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
59 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol















.jpg)





