“Vergilər Nazirliyi şirkətlərin tenderlərdə iştirakına maneələr yaradır”
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cə maddəsinə əsasən satınalma prosedurlarında iştirak etmək üçün malgöndərənlərin (podratçıların) ixtisas göstəriciləri üçün müəyyən edilmiş uyğunluq meyarlarından biri də Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamasıdır. Bu baxımdan da tenderdə iştirak etmək üçün iddiaçılardan ixtisas göstəricilərinin tender komissiyası tərəfindən müəyyənləşdirilməsi və qiymətləndirilməsi üçün digər sənədlərlə yanaşı, Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayışın təqdim edilməsi tələb olunur.
1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) təqdim edilən məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə hesabatlar vergi orqanlarına təqdim edilməlidir. Bu baxımdan vergilərə və DSMF-yə icbari ödənişlər üzrə borcun olmaması barədə arayış Vergilər Nazirliyi tərəfindən verilir.
“Spektr” Sosial-İqtisadi Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru Rəşad Həsənov “Marja”ya bildirib ki, lakin son zamanlar Vergilər Nazirliyi tenderlərdə iddiaçı kimi iştirak etmək istəyən vergi ödəyicilərinə borcun olmaması barədə arayışın verilməsində çətinliklər yaratmaqdadır:
“Vergilər Nazirliyi heç bir hüquqi əsas olmadan şirkətlərin işçi sayının və orta əmək haqqı göstəricilərinin aşağı olmasını əsas gətirərək həmin arayışların verilməsindən imtina edir. Halbuki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tender iddiaçılarının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması və sair meyarlar üzrə qiymətləndirilməsi tender komissiyası tərəfindən aparılır və iddiaçıların bu meyarlara uyğun olub-olmamasına tender komissiyası tərəfindən qərar verilir. İddiaçının satınalma müqaviləsinin icrasını təmin etmək üçün müəyyən edilmiş meyarlara uyğunluğunun araşdırılması və qiymətləndirilməsi Vergilər Nazirliyinin səlahiyyətlərinə aid deyil və bununla bağlı nə satınalmalar haqqında qanunvericilikdə, nə də vergi qanunvericiliyində hər hansı qayda müəyyən edilməmişdir”.
Rəşad Həsənov qeyd etdi ki, eyni zamanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün işçi sayının minimum həddi və ya orta aylıq əmək haqqının ölkə üzrə muzdla işləyənlərin statistik orta aylıq nominal əmək haqqı göstəricisindən az olmaması ilə bağlı qanunvericilikdə hər hansı tələb müəyyən edilməmişdir:
“Belə olan halda Vergilər Nazirliyinin bu addımını təəssüf və təəccüb doğurur. Təsəvvür edin, şirkət tender elanı ilə tanış olub, bu tenderdə iştirak etməyə qərar verir və tələb olunan müəyyən məbləğdə iştirak haqqını ödəyərək tenderin əsas şərtlər toplusunda tələb olunan sənədləri hazırlamağa başlayır. Müəyyən bir məqamda məlum olur ki, Vergilər Nazirliyi heç bir hüquqi əsas olmadan borcun olmaması barədə arayışın verilməsindən imtina edir. Hər bir vergi ödəyicisinin hüququdur ki, istənilən vaxt vergilərə borcunun olmaması barədə vergi orqanından müvafiq arayış tələb etsin. Vergilər Nazirliyi sadəcə həmin vergi ödəyicisinin borcunun olub-olmaması barədə arayışı təqdim etməlidir. Vergilər Nazirliyinin həmin arayışı təqdim etmək əvəzinə vergi ödəyicisinin tenderdə iştiraka uyğun olub-olmamasını qiymətləndirməsinin hansı normativ hüquqi aktlara əsaslandığı sual doğurur”.
Mövzu ilə əlaqədar Vergilər Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
10 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
12 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 13 saat əvvəl
-
14 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 14 saat əvvəl
-
14 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək






























