Azexport Vaşinqtonda təqdim olundu
ABŞ-ın paytaxtı Vaşinqtonda, ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbir çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı nüfuzlu “Dentons Washington” ofisində Azexport portalını təqdim edib.
Təqdimat mərasimində ilk olaraq, ABŞ Kommersiya Departamentinin Qafqaz və Mərkəzi Asiya işləri ofisinin direktoru Danika Starks çıxış edib. O bildirib ki, ABŞ iki ölkə arasında əlaqələrin genişləndirilməsində maraqlıdır və bunun üçün hər cür dəstəyi göstərməyə hazırdır.
Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda aparılan iqtisadi islahatlar və onların uğurlu nəticələri barədə məlumat verib. Qeyd olunub ki, Dünya Bankı ilə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanmış və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business” hesabatında Azərbaycan dünyada qabaqcıl yerdə qərarlaşıb. Bundan sonra da bu sahədə aparılan islahatlar daha da sürətləndiriləcəkdir. Vüsal Qasımlının Azexport portalı ilə bağlı hazırlanmış xüsusi təqdimatı qonaqların marağı ilə qaşılanıb.
Təqdimatda “Deliotte” şirkətinin idarəedici tərəfdaşı Nuran Kərimov, “Dentons” şirkətinin icraçı tərəfdaşı Ceyms Hoqan, “PwC Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev iştirak edib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
10 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)




.jpg)







