İpoteka və Zəmanət Fondunun mənfəəti artıb
2018-ci ildə Azərbaycan İpoteka və Zəmanət Fondunun vergidən əvvəlki mənfəəti 19 milyon 319 min manat təşkil edib. Bu, 2017-ci illə müqayisədə 2,9% çoxdur. Fond 2017-ci ili 18 milyon 784 min manat vergidən əvvəlki mənfəət ilə bağlamışdı.
“Marja” Fondun açıqladığı maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Fondun faiz gəlirləri 32% və ya 11 milyon 743 min manat artaraq 47 milyon 988 min təşkil edib. Müqayisə olunan dövrdə Bankın faiz xərcləri isə 36,3% və ya 4 milyon 643 min manat artaraq 17 milyon 414 min manata yüksəlib.
2016-cı illə müqayisədə İpoteka və Zəmanət Fondunun faiz gəlirləri 2 dəfədən çox, əməliyyat mənfəəti isə 2,7 dəfə artıb.
AKTİVLƏRİ 1 MİLYARD MANATI AŞIB
31 Dekabr 2018-ci il tarixində Fond 1 milyard 277 milyon manat cəmi aktivlərə və 895 milyon 274 min manat ipoteka kreditləri portfelinə malik olub. 31 Dekabr 2017-ci il tarixində Fond 958 milyon 384 min manat cəmi aktivlərə və 683 milyon 691 min manat ipoteka kreditləri portfelinə malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 35 d. əvvəl
- 49 d. əvvəl
-
-
56 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib




























