“LUKoil” Azərbaycana aid geoloji blokları araşdırır
Rusiyanın “LUKoil” neft şirkəti Xəzərin Azərbaycana və Qazaxıstana məxsus şelfində yeni kəşf olunan geoloji bloklarda tədqiqat işləri aparır.
“İnterfax” xəbər verir ki, bunu Davosdakı Dünya İqtisadi Forumu zamanı Prezident İlham Əliyevlə görüşündən sonra “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
“Azərbaycandakı yeni geoloji kəşfiyyat bloklarını nəzərdən keçiririk, SOCAR ilə birgə araşdırırıq. Hansı bloklar olduğunu demək istəmirəm, çünki məsələ erkən mərhələdədir”, - deyə “LUKoil” rəhbəri qeyd edib.
“Xəzər ərazisində daha çox işlər görməkdə maraqlıyıq. Qazaxıstanla danışıqlar aparırıq. “Jenis” blokuna dair sənədlər imzalanıb, müştərək müəssisə yaratmaq üçün hazırlıqlar gedir. Xəzərdəki bu bölgəyə bələdik və topladığımız təcrübədən nəinki Rusiyada, həm də Azərbaycanla Qazaxıstanda da yararlanmaq istəyirik”, - deyə V.Ələkbərov əlavə edib.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 14 saat əvvəl
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?






















