Dağıstandan Xəzərdə səyahət gəmiçiliyi üçün doqquz marşrut təklifi
Dağıstan Xəzər dənizi ölkələri boyunca səyahət marşrutlarının açılmasına dair beynəlxalq layihəni Soçidə keçirilən Rusiya İnvestisiya Forumunda təqdim edəcək.
Bu barədə Dağıstan Sahibkarlıq və İnvestisiya Agentliyinin rəhbəri Bəşir Maqomedov məlumat verib. Onun fikrincə, kruiz gəmiləri ilə Xəzəryanı ölkələrə səyahət həm bu ölkələrin əhalisi, həm də əcnəbi turistlər üçün maraqlı olar.
Dağıstan bu layihə çərçivəsində doqquz marşrut təklif edir. B.Maqomedov bildirib ki, bu marşrutlardan ən maraqlısı Mahaçqala-Dərbənd-Bakı-Ənzəli-Türkmənbaşı-Aktau-Həştərxan-Mahaçqala marşrutu ilə səyahəti nəzərdə tutan “Xəzər dostluq dənizidir” layihəsidir.
Yeni layihə çərçivəsində Mahaçqala Dəniz Ticarət Limanında kruiz gəmiləri, yaxtalar və katerlərin yan alması üçün sərnişin və bərə körpülərinin inşası planlaşdırılır. Burada həmçinin illik sərnişin dövriyyəsi 30 min nəfər təşkil edəcək dəniz vağzalı və otel tikiləcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
21 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
29 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 39 d. əvvəl
- 45 d. əvvəl
- 48 d. əvvəl
- 50 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Ən çox oxunanlar
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır






.jpg)







.jpg)






