İlham Əliyev və xanımı yeni yaşayış kompleksinin təməlini qoydular - YENİLƏNİB
Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Qeyd edək ki, bu yolun inşası Prezident İlham Əliyevin 2018-ci ilin yanvarında imzaladığı Sərəncama əsasən aparılıb. Bu ilin fevral ayında tikintisinə başlanılan yeni yolun uzunluğu 1310, eni 18,5 metrdir. Yol birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolağından ibarətdir.
Tikinti layihəsinə uyğun olaraq yeni yol yatağı inşa edilib. Yolun tikintisi zamanı elektrik, rabitə, qaz xətləri dəyişdirilib, transformator məntəqələri köçürülərək yenidən tikilib. Yolboyu işıqlandırma sistemi, yol nişanları, göstərici lövhələr quraşdırılıb. Bu yolun inşası nəticəsində Bakı Dairəvi avtomobil yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi arasında yeni bağlantı yaranıb. Beləliklə nəqliyyat vasitələri Badamdar şossesindən istifadə etmədən birbaşa Şərifzadə küçəsinə və Bakı Dairəvi yoluna çıxa biləcək. Bakı Dairəvi avtomobil yolundan isə nəqliyyat vasitələri istər Ələt-Qazax, istərsə də Biləcəri-Sumqayıt istiqamətlərinə rahat hərəkət edə bilər. Bu isə öz növbəsində, sürücülərin və sərnişinlərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvana çatmasına, Badamdar şossesi, “20 Yanvar” dairəsi və “Şamaxı yolu” deyilən ərazidə xüsusən günün pik saatlarında nəqliyyat sıxlığının azalmasına müsbət təsir edəcək. Bundan başqa, Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin sakinlərinin rahat hərəkətinin təmin edilməsi, onların şəhərin müxtəlif istiqamətlərinə çıxışı baxımından da yeni yol əhəmiyyəti ilə seçilir.
Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonra xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak etdilər.
Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov görülən işlər barədə məlumat verdi. Qeyd edək ki, layihələndirmə zamanı komplekslərdə həyətyanı sahələrin, uşaq meydançalarının olmasına, ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilir. Dövlət tikinti normativlərinə əsasən, yaşayış binalarının tikintialtı sahəsi ümumi ərazinin 40 faizinə qədər hissəsini əhatə edə bilər. Açılışı olan Yasamal yaşayış kompleksinin ümumi sahəsi 11,6 hektardır. 2016-cı ilin dekabrında kompleksin ilk doqquzmərtəbəli yaşayış binasının və ərazidə yerləşən ümumtəhsil məktəbinin binasının təməli qoyulub. Ərazidə planlaşdırma sənədi üzrə 29 yaşayış binası inşa olunub. Bu binalardan 12-si 12 mərtəbəli, 17-si 9 mərtəbəlidir. Kompleksdə mənzillərin ümumi sayı 1843 ədəddir. Burada 324 birotaqlı, 1052 ikiotaqlı, 467 üçotaqlı mənzil var. Birotaqlı mənzillərin sahəsi 34, ikiotaqlı mənzillərin sahəsi 58, üçotaqlı mənzillərin sahəsi isə 71 kvadratmetrə yaxındır. Mənzillər tam təmirli, mətbəx mebeli və qaz plitəsi, fərdi kombi sistemi ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif edilir. Kompleksin baş planı üzrə 5 binada bu ilin sentyabrında “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə 324 mənzil satışa çıxarılıb. Bu mənzillərdən 278-nin alqı-satqısı artıq başa çatıb.
Onu da deyək ki, mənzillərin təmiri və kompleksin tikintisində istifadə olunan inşaat materiallarının 95 faizi yerli istehsaldır. İnşaat işləri zamanı burada 1500-ə yaxın işçi çalışıb.
Kompleksin nəqliyyat infrastrukturunun yaradılması da diqqət mərkəzindədir. Ərazi paytaxtın əsas nəqliyyat şəbəkəsinə və metronun “İnşaatçılar” stansiyasına yaxındır. Bakı Nəqliyyat Agentliyi tərəfindən yaşayış kompleksinə şəhərin 4 müxtəlif istiqamətində marşrut xətlərinin açılması nəzərdə tutulub.
Bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşmasının növbəti təzahürüdür. Vətəndaşların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti seçilir.
X X X
Kompleksin ərazisində 161 saylı tam orta məktəbin binası da inşa edilib.
Dövlətimizin başçısı və birinci xanım burada yaradılan şəraitlə tanış oldular.
Təhsil naziri Ceyhun Bayramov məlumat verdi ki, 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Burada, həmçinin 6 tədris laboratoriyası şagirdlərin istifadəsinə veriləcək.
Bu təhsil ocağında yaradılan şərait son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrinin əyani göstəricisidir. Bütün bunlar Azərbaycanda təhsil sferasının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə nəticələnib. Yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması ölkəmizdə təhsil sahəsinin müasirləşdirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsidir. Bütün bu işlər həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Bu da, təsadüfi deyil. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, gənc nəslin müasir, intellektual və savadlı yetişməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar, o cümlədən yeni-yeni məktəb binalarının inşası, mövcud təhsil müəssisələrində yeni korpusların tikilməsi və əsaslı təmiri mühüm əhəmiyyət kəsb edir.
X X X
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilən 240 yerlik uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.
Məlumat verildi ki, bağçadakı qrup, məşğələ və oyun otaqları zəruri avadanlıqla təchiz edilib. Uşaqların gün ərzində dolğun və keyfiyyətli qidalanması üçün burada yeməkxana yaradılıb. Bağçada yaradılan şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verir, həmçinin onların bilikli və zəngin dünyagörüşünə malik bir vətəndaş kimi yetişməsində mühüm rol oynayır. Belə müasir körpələr evi-uşaq bağçalarının inşasına Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Bağçanın yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri görülüb. Həyətdə uşaqların əylənməsi üçün də müxtəlif attraksionlar quraşdırılıb.
X X X
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaşayış kompleksinin ümumi sahəsi 15,4 hektar olacaq növbəti mərhələsinin təməlqoyma mərasimində iştirak etdilər.
Bildirildi ki, kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək.
Prezident İlham Əliyev yeni yaşayış kompleksinin təməlini qoydu.
Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur. Yaşayış kompleksi üzrə bütün lazımi infrastruktur yaradılacaq.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
3 saat əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
AZAL 2 milyard 29 milyon manat qazanıb, 1 milyard 812 milyon manatını xərcləyib
-
5 saat əvvəl
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
-
5 saat əvvəl
"Avant Group" MMC ləğv edilir - "Avant Group" MTK fəaliyyətini davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb






















