Kinkan yığımına başlanılıb - MƏHSUL AZDIR, BAHALAŞACAĞI GÖZLƏNİLİR
Bir neçə gündür Lənkəran rayonunun sitrus bağlarında kinkan yığımına başlanılıb.
Kinkan meyvəsinin Vətəni Cənub-şərqi Çin və Hind-Çindir. Bu meyvə növü ölkəmizdə yalnız subtropik iqlimə malik cənub bölgəsində yeyişdirilir.
Lənkəran rayonunda sitrusçuluqla məşğul olan fermerlərin və məhsul istehsalçılarının sözlərinə görə, builki yay mövsümünün quraq keçməsi çox su tələb edən kinkanın məhsuldarlığına da təsirsiz ötüşməyib. Ötən illə müqayisədə məhsuldarlıq 50 faiz aşağıdır.
Əsasən yerli bazara çıxarılır. Bir kiloqram kinkanın qiyməti 1,5-2 manatdır. Bayram günlərində qiymətlərin bahalaşacağı gözlənilir.
Orqanizm üçün bir çox faydaları olan kinkanı “yapon apelsini”, “müdriklərin qidası” da adlandırırlar. Şərq təbabətində bu meyvədən hələ qədim zamanlardan istifadə olunub. Diametri 2-3, uzunluğu isə 2,5-4 santimetrdir. Bir meyvənin kütləsi 12-15 qram olur. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və xoşagələn dadı var. Dadına görə portağalı xatırladır.
Tərkibi A, C, E, B vitaminləri, həmçinin kalium, kalsium, fosfor, sink, maqnezium, mis və dəmirlə zəngindir. Sinir sisteminə, fiziki və zehni fəaliyyətə müsbət təsir göstərir. Kinkan meyvəsindən müntəzəm istifadə etməklə xolesterinin miqdarını aşağı salmaq olar. Həmçinin orqanizmin immun sistemini gücləndirir, bədənin xəstəliklərə qarşı müqavimətini artırır. Yüksək qan təzyiqindən şikayətlənənlər üçün təbii dərmandır. Kalsiumla zəngin olduğundan sümüklər üçün də olduqca faydalıdır.
Mütəxəssislər kinkanı qabıqla birgə gün ərzində 5-6 ədəddən artıq yeməməyi məsləhət görürlər.
Rayonda kinkan yığımı yaz aylarınadək davam edəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 22 saat sonra
-
- 11 d. əvvəl
-
27 d. əvvəl
Ramanada torpaq sahələrini satan 11 nəfər barəsində cinayət işi məhkəməyə göndərilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Bakı ilə Bratislava arasında birbaşa reys açılır - TARİX
“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim edib
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Dövlət şirkəti “Azəristiliktəchizat”ın yığılmış zərəri azalsa da, 115 milyon manata yaxın olaraq qalıb
Azərbaycanda BYD-nin yeni flaqman şourumu istifadəyə veriləcək, regional ehtiyat hissələri anbarı yaradılacaq
BYD Azərbaycanda rəsmi fəaliyyətə başladı
Tesla üçsıralı Model Y-ni ABŞ-da satışa çıxarıb
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq























