Tikinti materialları istehsalı üzrə proqnozlar - 1 MİLYARD MANATI KEÇƏCƏK
2018-ci ildə Azərbaycanda 714,4 milyon manat həcmində tikinti materiallarının istehsalı gözlənilir ki, bu da ötən illə müqayisədə 25,8 faiz çoxdur.
Bu barədə 2019-cu və növbəti 3 il üçün proqnoz göstəriciləri və Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasında deyilir.
ONLAYN SİFARİŞ ET, KREDİTİ 3% ENDİRİMLƏ AL!
Proqnozlara əsasən növbəti illərdə də tikinti materiallarının istehsalı artacaq. Belə ki, 2019-cu ildə bu göstərici 778 milyon manat, 2020-ci ildə 866,3 milyon manat, 2021-ci ildə 929,1 milyon manat, 2022-ci ildə isə bir milyard manatdan çox olacaq.
2023-cü ilədək tikinti materialları istehsalı üzrə proqnozlar:
2017 | 2018 | 2019 | 2020 | 2021 | 2022 | |
Sement (min ton) | 2 954,6 | 3 101,8 | 3 163,8 | 3 227,1 | 3 291,6 | 3 407,4 |
Beton tikinti konstruksiyaları (min kubmetr) | 195,2 | 125,1 | 127,6 | 130,2 | 132,8 | 135,4 |
Beton qarışığı (min ton) | 797,5 | 996,8 | 1 016,7 | 1 047,2 | 1 078,7 | 1 126 |
Asfalt (min ton) | 142,6 | 153,4 | 156,4 | 195,5 | 244,4 | 305,5 |
Tikinti kərpici (min kubmetr) | 303,1 | 338,6 | 345,4 | 355,8 | 366,4 | 377,4 |
Kağız təbəqələr və tikinti kartonu (min kvadrat metr) | 10 395,3 | 14 329,7 | 14 616,3 | 15 347,1 | 16 114,4 | 16 920,2 |
Tikinti gipsi (min ton) | 85 | 28,9 | 29,4 | 30,3 | 31,2 | 37,2 |
Keramika plitələri, mərmər, travertin, alebastr (min) | 26 060,2 | 23 331,6 | 23 798,2 | 24 512,2 | 25 247,5 | 26 205 |
Konsepsiyada qeyd olunduğu kimi, yaxın illərdə tikinti materialları sektorunda prioritet istehsalın dayanıqlığı, məhsul keyfiyyətinin beynəlxalq standartlara uyğun artırılması, bu sektora investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiqi, ixracın stimullaşdırılması, eləcə də ekoloji təmiz məhsul istehsalının təmin edilməsi olacaq.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© Trend
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 19 saat sonra
-
1 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
1 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu





















