“Yeni doğulan uşaqlara görə birdəfəlik müavinət artırılacaq”
“Yeni doğulan uşaqlara görə təyin edilən birdəfəlik müavinətin artırılması nəzərdə tutulur. Sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması ilə bağlı Milli Məclisə layihə təqdim edəcəyik. Bu məsələ üzərində iş gedir”.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikası 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini qeyd edib ki, müavinətləri haqqı çatan ailələlər almalıdır.
Onun sözlərinə görə, növbəti ildə ehtiyac meyarının artırılması ilə bağlı ünvanlı sosial yardım proqramına 172 milyon manat vəsait sərf ediləcək.
İ.İsayev bildirib ki, əlilliyin təyin edilməsi ilə bağlı mütərrəqi addımlar atılıb, geriyə qayıtmaq olmaz, daha da təkmilləşdirmək lazımdır: “Əlilin təkrar iki komissiyadan keçməsinə ehtiyac yoxdur. Onsuz da bunlar Səhiyyə Nazirliyinin tibb müəssisələrində müayinədən keçirlər. Hazırda əliliyin müəyyənləşdirilməsində neqativ hallar aradan qaldırılıb. Pensiya təminatı sistemində əlillərin sayı 30 faizin üzərindədir. Bu, dünyanın heç bir ölkəsində yoxdur. Diqqət etsəniz, görərsiniz ki, onların arasında II və III qrup əlillərin sayı çoxdur. Çünki onlar əlillik alıblar ki, pensiya təminatından istifadə etsinlər. Siz deputatların, ötən ilin iyulun 1-də qanuna etdiyiniz dəyişikliyə əsasən, II və III qrup əlillər bu imkanı əldə etmirlər. Hazırda II və III qrup əllik təyin edilən insanların sayı minimumdur. Onlar minimum sığorta kapitalı yığmasalar, həmin insanlara pensiya təyin edilmir. I qrup əlliliyin təyin edilməsində də müəyyən neqativ hallar var, bunun qarşısını da almaq üçün araşdırmalar aparırıq. Kimin hüququ çatmırsa, yanlış əlillik təyin edilibsə, onların əlilliyinə yenidən baxılacaq”.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
- 36 d. əvvəl
-
43 d. əvvəl
Siqaret qaçaqmalçılığı işi üzrə gəmi kapitanı və daha 2 nəfər həbs edilib
-
46 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Amazon Web Services" Azərbaycanla birgə işləmək üçün böyük potensial görür
-
2 saat əvvəl
Qırmızı Ürəklər Fondu “Bayram Səbəti” xeyriyyə aksiyasına start verir
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlar ticarətə buraxılır
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - “Gələcəyin oyunları 2025”in açılışı keçirilib
Dekabrın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Həmişə sevdiklərimin itkisi ilə sınanmışam!
Avant Park yaşayış kompleksi sakinlərin istifadəsinə verilib - VİDEO
Azərbaycanda şirkətlərin sayı 203 mini keçib
Bank filial və şöbələrində növbə sistemlərinin qurulması üçün avadanlıqlar və xidmətlər satın alır
Magistral su kanalları 46 milyon manata yenidən qurulacaq - BU ŞİRKƏT TENDERDƏ QALİB OLDU












.jpg)







.jpg)

