Azərbaycan məhsulu Finlandiyaya ixrac olunacaq - MÜQAVİLƏ İMZALANIB
(®) Azərbaycanın “Prometal” şirkəti Finlandiyanın “Profilikeskus” şirkətilə müqavilə imzalayıb.
Finlandiyanın şimalında yerləşən, dam örtükləri və fasad materialları istehsalına görə öz sahəsində lider olan “Profilikeskus” şirkəti ilə Azərbaycanın “Prometal” şirkəti arasında əmakdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə “Marja”ya “Prometal” şirkətindən bildirilib.
“Təsadüfi deyil ki, şirkətimizin yüksək keyfiyyətli məhsulları xüsusi testdən keçdikdən sonra “Profilikeskus” şirkətinin 2019-cu il üçün polimer örtüklü dəmir təchizatçısı seçildi.
Məhsullarımızın Finlandiya bazarına ixrac olmasının əsas səbəblərindən biri də yağışlı və qarlı hava şəraitinə uzun müddət davamlı olmasıdır.
Xatırladaq ki, dünyada ilk dəmir dam örtükləri də məhz Finlandiya şirkəti olan “Ranilla” tərəfindən istehsal edilmişdir. Bu da göstərir ki, Finlandiya dəmir dam örtüklərinin ana vətəni olsa da “Unimetal” (“Prometal”ın bağlı olduğu şirkət) məhsullarına ehtiyac duyur. Çünki, “Prometal” məhsulları bütün daynıqlılıq və keyfiyyət testlərindən çox uğurlu bir şəkildə keçmişdir. Zavodumuzda üstün keyfiyyətli məhsulların istehsalı zamanı məşhur Avstraliya şirkəti “Bronx International”ın qurğularından istifadə edilir",- Şirkətin məlumatında bildirilir.
Həmçinin məlumatda qeyd edilib ki, “Prometal” ildə 50 min ton istehsal həcminə malikdir: “Xaricdən gətirilən boya və kimyəvi maddələrə görə “Prometal” şirkəti 15% rüsum ödəməli olur. Bunun səbəbi isə bu boyaların ölkəmizdə istehsal edilməməsidir. İqtisadiyyat Nazirliyinə təqdim olunan güzəştlər planı təsdiqlənərsə, şirkətimiz tərəfindən məhsulların maya dəyəri azaldılacaq və yerli bazara münasib qiymətli, keyfiyyətli məhsullar təklif ediləcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)


.jpg)



