Yeni nizamnaməsi təsdiq edilən Palata aktivləşdi - 63 ŞƏXS LİSENZİYA ALDI
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 86.1-ci maddəsinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə sıyahıda adları qeyd edilən 1 hüquqi şəxsə və 62 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.
"Marja" xəbər verir ki, bu barədə Palatanın saytında məlumat yayımlanıb.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Qeyd edək ki, köhnə Nizamnaməyə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasında ikili rəhbərlik mövcud idi və bu vəziyyət bir çox qərarların qəbul olunmasını gecikdirirdi. Bir neçə gün öncə Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə təsdiq edilmiş Yeni Nizamnamə ilə Palatada Direktorlar Şurası ləğv edilib. Quruma İdarə heyəti rəhbərlik edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 18 d. əvvəl
- 29 d. əvvəl
- 33 d. əvvəl
-
- 33 d. əvvəl
-
44 d. əvvəl
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi - 1 yanvarda qüvvəyə minir
-
1 saat əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
1 saat əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Son Xəbərlər
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
Ən çox oxunanlar
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə






















