İcra başçısı Bakıda 300 it saxlayan şəxsi məhkəməyə verib
Xəzər rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamov rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan şəxsi məhkəməyə verib.
G.İslamov iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edib.
O ərizəsində qeyd edib ki, Mərdakan qəsəbəsində bir qrup şəxs İcra Hakimiyyətinə müraciət edərək, Eldar Mansurov adlı şəxsin həmin qəsəbənin, R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxladığını bildiriblər.
İcra başçısının iddia ərizəsində göstərilib ki, ətrafda narahatlıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb: “İcra Hakimiyyətinin, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Xəzər rayon Polis İdarəsinin, Mərdəkan Bələdiyyəsinin, rayonun Gigeyana və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq sahəsinin və Mərdəkan qəsəbə inzibati ərazi dairəsinin nümayəndələri, Canlı Aləmin Mühafizəsi Alyasının əməkdaşları tərəfindən Eldar Mansurova məxsus həyətə baxış keçirilib. Baxış zamanı 300-ə yaxın itin qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxlandığı, buna görə də ərazidə kəskin qoxunun və səs-küyün gəldiyini aşkar edilib”.
G.İslamov ərizəsində bildirib ki, araşdırmalardan sonra E.Mansurov barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2 maddələrində nəzərdə tutulan “Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub: “Eldar Mansurov qanunsuz olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilən saydan artıq ev heyvanları saxladığı üçün Xəzər Rayon Polis İdaərsinin 1-ci Polis Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 290.1.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub”.
G.İslamov Xəzər Rayon Məhkəməsinə müraciətində sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və E.Mansurovun ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib.
İddia üzrə məhkəmənin hazırlıq iclası hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə baxılıb.
Məhkəmənin baxış iclası sentyabrın 28-nə təyin edilib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
10 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)





