Çindən ABŞ-a cavab - YENİ GÖMRÜK TARİFLƏRİ
Çin 60 milyard dollarlıq ABŞ məhsullarına əlavə tarif tətbiq edəcək.
"Marja" xıbır verir ki, ABŞ mallarına yeni gömrük tarifləri 5-10% aralığında olacaq. 60 milyard dollarlıq ABŞ məhsuluna əlavə tarif 24 Sentyabrdan etibarən tətbiq olunmağa başlanacaq.
Çin bu əlavə tariflərin ABŞ-ın proteksionist addımlarına cavab olduğunu bildirib və "Əgər ABŞ Çin mallarına tarif dərəcələrini artırmaqda israr edərsə Çin buna eyni şəkildə cavab verəcək. ABŞ-ın iki tərəf üçün faydalı ticarət münasibəti davam etdirəcəyini ümid edirik", - açıqlaması verilib.
Yeni tariflərdən 5 min ABŞ məhsulu təsir görəcək.
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp, Çindən idxal edilən 200 milyard dollarlıq məhsula 24 Sentyabrdan etibarən 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirib.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, Tramp, ABŞ Ticarət Nümayəndəliyinə (USTR) Çinə qarşı ikinci gömrük vergisi paketini həyata keçirmək tapşırığı verib.
Təxminən 200 milyard dollarlıq məhsulu əhatə edən tariflərin bir həftə sonra qüvvəyə minəcəyini bildirən Tramp, "7 həftə davam etmiş müzakirələrdən sonra, bugün USTR-yə təxminən 200 milyard dollarlıq Çin idxalına qarşı əlavə tarifləri tətbiq etməyə başlamaq göstərişini verdim. 24 Sentyabrda qüvvəyə minəcək və il sonuna qədər 10 faiz səviyyəsində qalacaq tariflər, 1 Yanvar 2019-dan etibarən faiz 25e yüksələcək", -ifadələrini istifadə edib.
Tramp, dünyanın ən böyük iki iqtisadiyyatı arasında "ticarət müharibəsinin" böyüməsinə səbəb olacağı nəzərdə tutulan açıqlamasında, Çinin qarşılıq verilməyə getməsi vəziyyətində təxminən 267 milyard dollarlıq Çin məhsulunu əhatə edən üçüncü tarif paketinin anında qüvvəyə minəcəyini vurğulayıb.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 12 d. əvvəl
- 53 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı







.jpg)







.jpg)







