Pomidor nə üçün kəskin bahalaşıb?
Müşahidələr göstərir ki, son günlər pomidorun qiymətindəki dəyişmələr istehlakçılar arasında narahatlığa səbəb olub. “Pomidor niyə bahalaşmalıdır ki?!” sualı tez-tez səslənir. Hazırda pomidorun qiymətində mövsümlə müqayisədə 60% dəyişmə var.
“Marja”nın məlumatına görə, aqrar sahə üzrə ekspert Nicat Nəsirli "Facebook" səhifəsində yazıb ki, əslində, hər ilin bu vaxtı eyni hadisə təkrarlanır, yay fəsli başa çatır, bununla əlaqədar olaraq açıq sahə tərəvəzçiliyi mövsümü qurtarır, əldə olan ehtiyatlar sentyabrın sonuna qədər olan dövrdə bazarlara yönəldilir, qısamüddətli fasilə yarandığı üçün artan təlabat qiymətlərə təsir göstərir.
“Oktyabrın ortalarında isə istixana mövsümü başlayır, bu zaman bazara daxil olan pomidor ucuz ola bilməz. Çünki, istixana istehsalı məhdud həcmi əhatə edir, ixracyönümlüdür və texnoloji metodlardan istifadə maya dəyərini yüksəldir. Bu mənada, payız-qış-yaz mövsümündə pomidorun qiymətində dalğalanmalar qaçılmazdır.
İrəlidəki mövsümdə pomidorun qiymətini iki faktor müəyyən edəcək:
1. İstixanalarda istehsalın maya dəyərini müəyyən edən xərclərin strukturu;
2. Yaxın xarici bazarlara ixrac imkanları.
Azərbaycan pomidoru üçün ənənəvi bazar Rusiyadır. Hər il Rusiya bazarlarına ixrac olunan pomidorun həcmi artır, 2017-ci ildə 127 milyon dollarlıq pomidor ixrac olunmuşdusa, 2018-ci ildə bu həcm 144 milyon dollara çatdı. Lakin bu il Rusiyanın maliyyə bazarlarında baş verən proses-rublun dollara nəzərən kəskin dəyər itirməsi pomidorun ixrac imkanlarına da təsirsiz ötüşməyəcək. Bu ehtimal özünü doğruldarsa, ixrac imkanları tapa bilməyən məhsul təbii ki, daxili bazara üz tutacaq, nəticədə qiyməti də sabitləşəcək.
Rəqəmlər də deməyə əsas verir ki, ölkədə pomidor istehsalı ildən-ilə genişlənir. 2016-cı ildə 23 min 819 hektardan 503 min ton pomidor istehsal edilmişdisə, ötən il əkin sahəsi azalsada (21 min 331 ha) məhsuldarlıq hektardan 16 sentinerə yüksəlib və nəticədə 624 min ton pomidor istehsalına nail olunub. 2018-ci ilin 6 ayının məlumatına görə, 20 min hektarda əkin aparılıb və ötənilki qədər məhsuldarlıq əldə olunacaq. Hətta illik ixracı da nəzərə alsaq yerdə qalan hissə ölkə əhalisinin təlabatını tam ödəməyə imkan verir. Əhalinin bu məhsul üzrə illik təlabatı 400-470 min ton təşkil edir ki, yerli istehsalın bunu tam ödəməyə gücü çatır. İstehsal həcminə görə, adambaşına 64 kq pomidor düşür, lakin hesablamalar göstərir ki, hər bir vərəndaş ildə 50 kq-dan artıq pomidor istehlak etmir. Deməli, bu il də pomidor qıtlığı ilə bağlı ciddi ajiotaja gərək yoxdur.
Digər tərəfdən, ixrac həcmi ilə idxal arasında olan nisbət də böyükdür. Ötən il cəmi 3782 ton (2 milyon 350 min dollarlıq) pomidor idxal etmişik, bu da təlabatın cəmi 0.8 %-ni təşkil edir".
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
5 saat əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
- 8 saat əvvəl
-
8 saat əvvəl
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
-
9 saat əvvəl
Turistlər Azərbaycanda xərcləməni kəskin azaltdı – 5 ayda 281 milyon manatlıq geriləmə
-
9 saat əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Tesla-nın satışları gözləntiləri əhəmiyyətli dərəcədə üstələyib
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Ən çox oxunanlar
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb

























