Bakıda türk geyim brendlərinin sərgisi keçiriləcək
Sentyabrın 16-18-də Bakıda Türkiyənin ən böyük moda şousu olan “Dosso Dossi Fashion Show” tekstil sərgisi keçirəcək.
"Marja" xəbər verir ki, sərgidə Türkiyənin ən məşhur tekstil şirkətləri öz məhsullarını nümayiş etdirəcəklər.
Tədbir çərçivəsində Rusiya estradasının məşhur ulduzlarının konsertləri və “party”lər təşkil olunacaq.
“Flame Towers” hotelinin “Balo” zalında keçiriləcək “Dosso Dossi Fashion Show” sərgisində Türkiyənin 40 tekstil şirkəti məhsullarnı nümayiş etdirəcəklər. Sərgi Türkiyənin məşhur tekstil markaları ilə 30 ölkədən gələn hazır geyim topdan satış nümayəndələrini də bir araya gətirərəcək. Sentyabrın 16-da qapılarını ziyarətçilərin üzünə açacaq “Dosso Dossi Fashion Show” sərgisində Azərbaycan və qonşu ölkələrdən olan qonaqlar da daxil olmaqla təxminən 4 min nəfərin iştirakı gözlənilir.
Türk tekstil brendlərinin rəngarəng məhsulları stendlərdə nümayiş olunacaq və ziyarətçilərə payız-qış mövsümünə uyğun “Arno”, “Nexx”, “Samsara”, “Gizzly Plus”, “Fimore”, “Phardi”, “Rich Line” və s. brendlərin məhsulları təklif olunacaq.
“Dosso Dossi Fashion Show” sərgisi çərçivəsində sentyabrın 17-də Bakının məşhur əyləncə meydanı sayılan “Enerji Club”da Rusiya estradasının tanınmış müğənniləri Natan və Anna Sedokova konsert verəcəklər. Sərgi sentyabrın 18-də işinə yekun vuracaq.
“Dosso Dossi”nin baş direktoru Hikmet Eraslan Azərbaycana gəldikləri üçün xoşbəxt olduqlarını söyləyib: “Ötən il “Dosso Dossi”nin moda nümayişi və konsertləri ilə Bakıda bir festival ab-havası yaşadıq. Bu gün biz yenidən Bakıda dostlarımızla birgəyik. Türk və Azərbaycan xalqları arasında bir çox ortaq cəhətlər var. Özümüzü evimizdə hiss edirik. Moda aləmi “İki dövlət – bir millət” konsepsiyasına öz töhfəsini verərək, Türkiyə ilə Azərbaycan arasında mövcud dostluq əlaqələrini bir qədər də möhkəmlədəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
3 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur











.jpg)







.jpg)
