“Lüks avtomobillərə aksiz vergisi artırılmalıdır”
“Ötən ilin 11 ayı ilə müqayisədə ümumilikdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin say həcmi 82 faiz azalıb. Yəni ötən il 25 min ədəd avtonəqliyyat vasitəsi idxal olunmuşdusa, bu il 4000- dən bir qədər çox avtonəqliyyat vasitəsi idxal olunub. O cümlədən vergi 94, 5 milyon manat az toplanıb”.
Bunu Dövlət Gömrük Komitəsi Maliyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov Milli Məclisin komitə iclasında bildirib.
O qeyd edib ki, avtonəqliyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi önəmli hallardan biridir: “Bu gün Azərbaycan ərazisində kifayət qədər, yəni 2 milyona yaxın avtonəqliyyat vasitəsi var. Ancaq mühərrikinin həcmi daha yüksək olan lüks avtonəqliyyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi məsələsi vacibdir. Ötən ilin 11 ayında 5000-dən yuxarı mühərrikinin həcminin yüksək olan avtonəqliyyat vasitəsinin idxalı 160 idisə , onun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmət orqanlarına gətirilmişdir. 2016- ci ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub. Onun 1 ədədi güzəştli qaydada idxal olunub. Deməli , imkan var. Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin idxalı 82 faiz azalıb. Ancaq lüks avtomobil baxımından istehlakçıların sayı daha da artıb”.
M. Vahabov xəz-dəri məmulatlarının da aksiz vergisinə cəlb olunması zəruridir: “Ölkələrə var ki xalça məmulatlarını aksiz vergisinə cəlb edirlər. Bu gün istehlak bazarında kifayət qədər xəz-dəri məmulatları var. Ona görə də xəz-dəri məmulatlarının aksiz vergisinə cəlb olunması zəruridir”.
XXX
"İdxal mallarından buğda və buğda ununun, eyni zamanda daxil olan məmulatların ƏDV-dən 3 il müddətinə azad edilməsi bugünkü reallığa tam uyğundur". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Dövlət Gömrük Komitəsinin Maliyyə Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov deyib.
"Özümüzdə daxili istehsal olsa da, idxaldan müəyyən qədər asılılığımız var. Avtonəqliyat vasitələrinə aksiz vergisinin tətbiq edilməsi də önəmli hallardan biridir. Ötən ilin 11 ayı ilə müqayisədə ümumilikdə ölkə ərazisinə idxal olunan avtonəqliyyat vasitələrinin say həcmi 82% azalıb. Yəni cəmi 25 min ədəd avtonəqliyyat vasitəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunmuşdusa, bu il isə 4800-dən bir qədər çox avtonəqliyyat vasitəsi idxal olunub. O cümlədən bu istiqamətdə vergi 94,5 milyon manat az toplanıb. Bu gün Azərbaycan ərazisində 2 milyona yaxın avtonəqliyyat vasitəsi var. Mühərrikinin həcmi daha yüksək olan lüks avtonəqliyyat vasitələrinin aksizlərin artırılması məsələsi vacibdir. Ötən ilin 11 ayında mühərrikinin həcmi 5000 kubsantimetrdən yüksək olan 160 avtonəqliyyat vasitəsi idxal edilib, onun 10 ədədi güzəştli qaydada, yəni diplomatik xidmətlərə görə gətirilib. 2016-cı ilin 11 ayında isə 198 ədəd lüks avtomobil idxal olunub. Onun 1 ədədi güzəştli qaydada idxal olunub. Deməli, imkan var. Baxmayaraq ki, ümumi fonda avtonəqliyyat vasitələrinin idxalı 82% azalıb, ancaq lüks avtomobil baxımından istehlakçıların sayı daha da artıb".
M. Vahabov əlavə edib ki, xəz dəri məmulatlarının da aksiz vergisinə cəlb olunması zəruridir: "Ölkələr var ki, xalça məmulatlarını da aksiz vergisinə cəlb edirlər. Bu gün istehlak bazarında kifayət qədər xəz dəri məmulatları var. Ona görə də bu malların aksiz vergisinə cəlb olunması zəruridir. Vergi Məcəlləsinə edilən dəyişiklik büdcənin gəlirlər hissəsinin formalaşmasına şərait yaradacaq".
© Qafqazinfo.az, APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
12 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
12 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 14 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR


















