Azərbaycanda süni şəraitdə çoxaldılıb, ixracına başlanılır
"Azərbaycanın daxilində zəlilərin qiyməti 50 qəpikdən 2 manata qədər dəyişir. Xaricdə isə bir zəli təxminən 8 avroya satılır”.
Azərbaycanda süni şəraitdə yetişdirilən zəlilərin ilk dəfə olaraq, ölkə daxilində və ölkədən kənarda satılması üçün danışıqlara başlanılıb.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib.
E.Yusifovun sözlərinə görə, yerli şirkətlərdən biri Zoologiya İnstitutunun yetişdirdiyi zəlilərlə maraqlanmağa başlayıb. Şirkətlə bağlanılacaq xidməti müqavilə əsasında zəlilərin Zoologiya İnstitutu tərəfindən yetişdirilməsi, onun daha sonra həmin şirkətə satılması, şirkətin isə onu bazara çıxarması nəzərdə tutulur. Zəlilərin institutun Ağsu Təcrübə Dayaq Məntəqəsindəki süni göllərdə çoxaldılmaqla satış üçün hazırlanması planlaşdırılır.
E.Yusifov qeyd edib ki, Azərbaycanda ilk dəfə olaraq, Zoologiya İnstitutu tərəfindən zəlilər süni şəraitdə çoxaldılıb. Artıq 2000-ə qədər zəli çoxaldılaraq institutun Mingəçevir Təcrübə Dayaq Məntəqəsinə təhvil verilib.
Zəlilərin çox yüksək artım qabiliyyətinin olduğunu söyləyən institut direktoru əlavə edib ki, 1 zəli bir il ərzində 1-2 barama verir, hər baramadansa 12-13 bala çıxır:
“Min zəli bir ilin sonunda təxminən 15 min, ikinci ilin sonunda 350 min, üçüncü ilin sonunda isə 5 milyon zəli olur. Azərbaycanın daxilində zəlilərin qiyməti 50 qəpikdən 2 manata qədər dəyişir. Xaricdə isə bir zəli təxminən 8 avroya satılır”.
Zəlilərin getdikcə tükəndiyini nəzərə çatdıran E.Yusifovun sözlərinə görə, zəlilərin süni şəraitdə çoxaldılması onların təbiətdən ovlanmasına olan ehtiyacı aradan qaldırır. Zəlilərin süni şəraitdə çoxaldılması təcrübəsinin genişlənməsi ölkəmizin gəlir mənbəyini də artırar:
"Çünki xarici ölkələr Azərbaycan zəlilərini çox həvəslə alırlar. Hazırda respublikada satılan və xaricə ixrac edilən zəlilərin hamısı təbiətdən toplanılır. İş adamları zəlilələri daha çox Rusiya, Türkiyə və Avropa ölkələrinə satırlar. Zəliləri süni surətdə çoxaltdıqda onu istənilən qədər satmaq olar. Amma onun vəhşi təbiətdən ovlanaraq satılması düzgün deyil".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 saat əvvəl
-
4 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
4 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
6 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























